Donlad Trampı öldürənə 80 milyon dollar verəcəklər - Video
Tarix: 06-01-2020 09:43 | Bölmə: Slayd
Donlad Trampı öldürənə 80 milyon dollar verəcəklər

Amerika prezidenti Donlad Trampı öldürənə 80 milyon dollar mükafat veriləcək.

Reyting.az
xəbər verir ki, bunu general Qasım Süleymaninin matəm tədbiri ilə bağlı canlı yayım zamanı İranın dövlət televiziyası bəyan edib.

Britaniyanın “The Daily Mirror” saytı yazır ki, ölkədə Amerikaya qarşı ciddi təbliğat kampaniyası aparılır.

Mükafatın 80 milyon dollar olması isə təsadüfi deyil. Çünki İranda 80 milyon insan yaşayır. Ona görə də bu mükafatı yığmaq üçün xüsusi fond yaradılmalı və hər bir iranlı o fonda 1 dollar ödəməlidir.

Dövlət Televiziyasında belə çağırışların səslənməsi Qərbdə ağlasığmaz hadisə kimi qarşılanıb.

Adıçəkilən media orqanları D. Trampa terror çağırışının fars dilində olan mətnini də yayıblar:



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}