07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Bakı Dövlət Yol Polisi İdarəsində ciddi qanun pozuntuları aşkarlanıb - Foto
Tarix: 07-01-2020 21:28 | Bölmə: Slayd
Bakı Dövlət Yol Polisi İdarəsində ciddi qanun pozuntuları aşkarlanıb

Bu gün təqaüdə göndərilən Bakı Dövlət Yol Polisi İdarəsinin rəhbəri Nuşirəvan Səfərovun vəzifədən kənarlaşdırılmasının səbəbi bəlli olub.

Reyting.az
"Bakupost"a istinadla xəbər verir ki, N. Səfərovun vəzifədən azad edilməsi təkcə yaş senzi ilə bağlı olmayıb.

Məlumata görə, Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə idarədə kompleks yoxlamalar aparılıb. Yoxlamalar nəticəsində ciddi qanun pozuntuları aşkarlanıb, maddi sübutlar götürülüb. Məsələn, aşkar olunub ki, rəisin və alay komandiri Rəşadət Babayevin otaqlarında şəhərə nəzarət edən qeyri-qanuni müşahidə kameraları var. Bu qurğuları idarə edən şəxslərin adları isə heç bir rəsmi sənəddə yoxdur.

Bakı Dövlət Yol Polisi İdarəsində ciddi qanun pozuntuları aşkarlanıb
N. Səfərov

Məlumatda bildirilir ki, yoxlamanın nəticələri yaxın günlərdə elan ediləcək. Həmin vaxt idarədə yüksək vəzifədə olan daha bir neçə nəfərin işdən uzaqlaşdırılacağı bildirilir.

Qeyd edək ki, yoxlamalar həmçinin, Baş Dövlət Yol Polisi İdarəsində aparılır. İdarənin rəis müavini, YPX Alayının komandiri, polis polkovniki Əhmədov Balakişi Əhməd oğlunun vəzifəsindən azad edilməsi barədə qərar da bu yoxlamalar vaxtı verilib.

Mövzunu diqqətdə saxlayacağıq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}