ABŞ-İran qarşıdurması: Pentaqon İran ətrafındakı 5 ölkədə hərbçilərini hazır vəziyyətə gətirib
Tarix: 07-01-2020 23:03 | Bölmə: Slayd
ABŞ-İran qarşıdurması: Pentaqon İran ətrafındakı 5 ölkədə hərbçilərini hazır vəziyyətə gətirib

İranlı general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-ın Yaxın Şərqdəki bütün hərbi bazalarına həyəcan siqnalı verilib.

Reyting.az
Türkiyənin "Haberler.com" saytına istinadla bildirir ki, bu barədə "CNN International"a ABŞ yetkililərindən biri məlumat verib.

Bildirilir ki, İranın ehtimal olunan raket zərbələrinə qarşı bölgədəki bütün "Patriot" müdafiə sistemləri hazır vəziyyətə gətirilib: "Bundan əlavə, ABŞ, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadakı bütün hərbi bazalar döyüş vəziyyətindədir".

Məlumatda iddia olunur ki, ABŞ-ın ehtimal olunan zərbələrinə qarşı İran da tədbirlərə başlayıb.

Amerikalı yetkilinin sözlərinə görə, İranın uzaqmənzili raket sistemlərinin yerləşdiyi ərazilərdə hərəkətlilik var: "Böyük ehtimalla ABŞ-ın zərbələrindən ehtiyat edərək, silahların yerlərini dəyişirlər".

Bu arada isə Pentaqon rəhbəri Mark Esper CNN-ə bildirib ki, Vaşinqton Tehranla müharibəyə başlamaq yox, əksinə, buna son qoymaq istəyir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}