16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
180 sərnişinin olduğu təyyarə Tehranda qəzaya uğrayıb - Yenilənib-2
Tarix: 08-01-2020 08:59 | Bölmə: Slayd
180 sərnişinin olduğu təyyarə Tehranda qəzaya uğrayıb

Göyərtəsində 180 sərnişinin olduğu Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi “texniki nasazlıq” səbəbindən Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə barədə xəbəri hava limanının rəhbərliyi də təsdiqləyib. Qeyd olunur ki, təyyarə uçuşdan sonra qəzaya uğrayıb.

"Qırmızı Aypara" təşkilatının rəhbəri Mürtəza Səlimi isə İSNA agentliyinə bildirib ki, böyük ehtimalla sərnişinlərdən sağ qalan yoxdur.

***

İranda baş vermiş təyyarə qəzası nəticəsində sərnişinlərin hamısı həyatını itirib.

Bu barədə "Reuters" məlumat yayıb.

İranın Aviasiya Nazirliyinin rəsmi nümayəndəsi Cəfər Zadənin bildirdiyinə görə, təyyarədə 167 sərnişin olub.

***

Ukrayna sərnişin təyyarəsinin İranda qəzaya uğramasının səbəbi açıqlanıb.

Tehranın İmam Xomeyni Aeroportunun rəsmi nümayəndəsi İRNA agentliyinə bildirib ki, qəzaya təyyarənin mühərrikinin alışması səbəb olub.

Qeyd edək ki, “Boeing 737” tipli sərnişin təyyarəsi bu gün Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb.

Qəza nəticəsində sağ qalan olmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}