İran 176 nəfərin ölümünə səbəb olan təyyarənin qara qutusunu verməkdən imtina etdi - Foto
Tarix: 08-01-2020 14:54 | Bölmə: Slayd
İran 176 nəfərin ölümünə səbəb olan təyyarənin qara qutusunu verməkdən imtina etdi

İran Tehran hava limanı yaxınlığında qəzaya uğrayan və 176 sərnişinin ölümünə səbəb olan “Boeing 737” model təyyarənin qara qutusunu “Boeing” şirkətinə verməkdən imtina edib.

Reyting.az
xəbər verir ki, bu haqda İranın Mülki Aviasiya Təşkilatı bildirib.

Qeyd edək ki, İrandan Ukrayna paytaxtı Kiyevə gedəcək təyyarə Tehran hava limanından qalxdıqdan sonra qəzaya düşüb.

İran təcili yardım təşkilatının rəhbəri Pir Hüseyn Kulivend bəyan edib ki, təyyarədən bir nəfər də sağ çıxmayıb.

İran Mülki Aviasiya Təşkilatı isə bəyan edib ki, qara qutunu “Boeing”ə verməyəcəklər.

Qeyd edək ki, qəzadan sonra açıqlama verən Ukrayna prezidenti Zelenski hadisəni Yaxın Şərqin qorxunc xəbəri kimi qiymətləndirib və Omana səfərini yarımçıq qoyaraq təcili Kiyevə qayıdıb.

İran 176 nəfərin ölümünə səbəb olan təyyarənin qara qutusunu verməkdən imtina etdi

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}