12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
ABŞ-İran qarşıdurması daha təhlükəli həddə çata bilər – Mümkün ssenarilər
Tarix: 08-01-2020 15:43 | Bölmə: Slayd
ABŞ-İran qarşıdurması daha təhlükəli həddə çata bilər – Mümkün ssenarilər

İran ABŞ-a məxsus olan və İraq ərazisində yerləşən iki bazaya raket zərbəsi endirdikdən sonra mümkün ssenarilər gündəmə gəlib.

Reyting.az
xəbər verir ki, İngiltərə mətbuatı İran və ABŞ-ın bundan sonra ata biləcəyi mümkün addımları təhlil edib.

Qeyd edilir ki, proseslərin müharibə həddinə qalxmasına səbəb İran İnqilab Keşikçiləri Qvardiyasının generalı Qasım Süleymaninin öldürülməsidir.

Bundan sonra İranın Ali dini lideri Seyid Əli Xamnəi və prezident Həsən Ruhani başda olmaqla generalın qisasının alınacağı haqda rəsmi bəyanatlar səsləndirilib.

Generalın dəfni günü İran ABŞ-ın İraqdakı iki hərbi bazasını raket atəşinə tutub. Rəsmi Tehran bu həmlələr zamanı ABŞ-ın 80 əsgərinin öldürüldüyünü iddia etsə də, Pentaqon bunu təkzib edib.

“Daily Mail” qəzetinin analizində İranın mümkün hərəkətləri təhlil edilir. Təhlilçilərin iddiasına görə, ABŞ-ın İranın son addımına qarşılıq verməsi halında rəsmi Tehran nüvə anlaşmasını rədd edə və kiber hücumlara başlaya bilər.

ABŞ-ın Suriya və İraqdakı digər hərbi hissələri ilə bağlı əməliyyatlar keçirə biləcəyini qeyd edən İran, Səudiyyə Ərəbistanındakı neft müəssislərini vura, Hörmüz boğazındakı gəmilərə hücum edə bilər.

Analizdə Yaxın Şərqdə onlarla hərbi hissəsi olan ABŞ-ın əlində bir neçə hərbi seçimin olduğu iddia edilir. İddiaya görə, Qətərdə mövqe tutan “F-22” qırıcıları vasitəsilə hava hücumu da mümkündür.

Suriya və İraqda olan xüsusi təyinatlıların da iştirak edəcəyi əməliyyat dilə gətirilir və nüvə silahından istifadə ehtimalı da vurğulanır.

Rusiyanın bu prosesdə rol ala biləcəyi iddia edilən analizdə Suriyada Əsədin dəstəklənməsi üçün minlərlə əsgəri olan Rusiyanın “S-400” komplekslərinin əhəmiyyəti də qeyd edilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}