08:46 / 23-06-2025
Sevil Əliyevanın oğlu məşhur diktorun nəvəsi ilə ailə qurub
08:08 / 23-06-2025
Qərbi Azərbaycana erməni köçü - Fotolar
07:55 / 23-06-2025
Kilsədə terror aktı: çoxsaylı ölən və yaralılar var
07:50 / 23-06-2025
Kolumbiyada üsyançılar 57 hərbçini əsir götürüblər
07:46 / 23-06-2025
Türkan Şoray: “Mənə olan sevginin səbəbi kinonun sehrindədir”
07:39 / 23-06-2025
İsrail planının son mərhələsindədir?
07:34 / 23-06-2025
Xaricdəki amerikalılara xəbərdarlıq edilib
00:29 / 23-06-2025
NATO ölkələri müdafiə xərclərini artırır
00:20 / 23-06-2025
İranın nüvə obyektlərindən radiasiya sızır?
00:17 / 23-06-2025
ABŞ vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
00:03 / 23-06-2025
İranlı nazir Putinlə görüşə gəlib
20:20 / 22-06-2025
Rəsmi Bakı ABŞ-ın İranı bombalaması barədə bəyanat yayıb
18:48 / 22-06-2025
ABŞ Çinə çağırış edib - Səbəb
14:57 / 22-06-2025
Həyat dolu ömür yolu - Milli Mətbuat-150 - Fotolar
13:34 / 22-06-2025
Ukrayna daha iki yaşayış məntəqəsini itirib
12:33 / 22-06-2025
Leysan yağacaq, dolu düşəcək - Proqnoz
10:32 / 22-06-2025
İsrail İrana yenidən zərbə endirir
08:55 / 22-06-2025
Tehran geri çəkilmək istəmir
08:42 / 22-06-2025
Körfəz ölkələrinin radiasiya fonunda dəyişiklik yoxdur
08:42 / 22-06-2025
Nazim Sadıxov braziliyalı rəqibini nokauta salıb
08:26 / 22-06-2025
Ruslar Ukraynanın 11 PUA-sını vurub
08:01 / 22-06-2025
Tramp: “İrana zərbələrimiz İsrailin təhlükəsizliyini gücləndirib”
06:26 / 22-06-2025
BMT: “Dünya üçün fəlakətli nəticələr ola bilər”
06:06 / 22-06-2025
ABŞ İrana qarşı müharibəyə qoşulub - Üç nüvə obyekti vurulub - (Yenilənib)
00:08 / 22-06-2025
Tanınmış jurnalist Fatih Altaylı saxlanılıb
21:23 / 21-06-2025
Ceyhun Bayramov Suriya XİN başçısı ilə görüşüb
19:32 / 21-06-2025
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
19:27 / 21-06-2025
Deputat: “Muxtariyyətin ləğvi barədə düşünmək lazımdır”
19:00 / 21-06-2025
Sabiq icra başçısının oğlunu öldürən şəxsə cəza verilib
11:30 / 18-06-2025

12:34 / 18-06-2025

16:11 / 19-06-2025

10:52 / 18-06-2025

16:25 / 18-06-2025

17:28 / 20-06-2025

13:12 / 18-06-2025

11:32 / 19-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

Süleymaninin ölümünə niyə ağlamalıyıq?
Tarix: 09-01-2020 12:14 | Bölmə: Slayd

İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” briqadasının komandanı Qasim Süleymaninin öldürülməsini Azərbaycan ictimaiyyəti birmənalı qarşılamadı.
ABŞ-ın qətlə yetirdiyi general Süleymaninin öldürülməsini alqışlayanlar, bu hadisəyə haqq qazandıranlar düşünürlər ki, “Qüds” komandanının məhv edilməsi ilə İranın İslam inqilabını ixrac etmək, şiə məzhəbini yaymaqla təsir imkanlarını genişləndirmək siyasətinə ağır zərbə vuruldu.
Etiraf edək ki, bu fikirlərdə həqiqət payı böyükdür. Çünki Süleymani Tehran rejiminin İran xaricindəki siyasətinin simvolu idi. Bu simvolun məhvi İranın İslam inqilabını ixrac etmək cəhdlərinə ağır zərbədir.
Böyük siyasət adamlarından biri deyib ki, “İnqilablar özünü ixrac etdiyi qədər mövcud olur”. Bu məntiqdən çıxış etsək, Süleymaninin öldürülməsi ilə Tehran rejiminin İslam inqilabını ixrac etmək cəhdinin qarşısının böyük ölçüdə alındığını, bundan sonra İranın daxilində dəyişikliklərin başlayacağını güman etmək olar.
Azərbaycanda Süleymaninin öldürülməsindən məmnun olan dairələr əsasən Bütöv Azərbaycan ideyasının daşıyıcılarıdır. İranda Azərbaycan türklərinin milli kimlik və oyanış hərəkatının Tehran rejimi tərəfindən qəddarlıqla əzildiyi gözlərimiz önündə baş verir. Soydaşlarımıza qarşı qəddar siyasətin həyata keçirilməsində İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi rolu var və indi bu hərbi birləşmənin ən qüdrətli generalının öldürülməsinin milli təəssübkeşlik ruhu olanlarda rəğbət doğurması təbiidir.
Süleymaninin öldürülməsindən məyus olanları, ABŞ-ın bu addımına etiraz edənləri isə əsasən iki qrupa bölmək olar: “Qüds” komandanının öldürülməsindən məyus olanların əksəriyyəti din təəssübkeşləridir. Cəfəri məzhəbinə bağlı insanların yalnız din təəssübkeşliyi ilə Süleymaninin öldürülməsinə acımalarını seyr etmək nə qədər üzücü olsa da, anlaşılandır.
Maarifçiliyin məhv edildiyi, cəhalətin meydan suladığı bir ölkədə yalnız dini təəssübkeşlikdən doğan həmrəyliyin mövcudluğu kiməsə təəccüblü gəlməməlidir.
Süleymaninin öldürülməsinə etiraz bildirənlər arasında din və məzhəb təəssübkeşliyinin təsiri altında çıxış edənlər çoxluq təşkil etsə də, bu hadisəyə sırf anti-ABŞ, anti-Qərb mövqeyindən yanaşanlar da var. Azərbaycanın əsas qonşu dövlətləri - Rusiya və İran uzun müddət ərzində, Türkiyənin isə son illərdə apardığı anti-ABŞ, anti-Qərb təbliğatının ölkəmizdə bəzi media orqanları tərəfindən dəstəklənməsi soydaşlarımızın bir qisminin yanlış təsirlərə düşməsinə səbəb olub. Bu gün həmin insanların Süleymaninin ölümünə etiraz etməsi, səbəb deyil, nəticədir.
Tehran rejiminin İran xaricində simvolu olan Qasim Süleymaninin ölümü teokratik rejim və islamçı cəryanlar üçün şəhidlik kimi qəbul oluna bilər. Ancaq “Qüds” komandanının ölümünü azərbaycanlılar üçün müqəddəsləşdirmək olmaz. Bu qənaətimiz isə əsassız deyil. Cənubi Azərbaycanda milli fəalların edamı, onların ailə üzvülərinə qarşı törədilən zorakılıqların arxasında İslam İnqilabı Keşikçiləri Korpusunun dayandığı bir həqiqətdir.
Bu gün Süleymaninin ölümünə göz yaşı tökənlər Cənubi Azərbaycanda edam edilən milli fəalların ruhları qarşısında cavab verəcəklər. Sayı 35 milyona çatan soydaşlarımızı təməl insan haqlarından, öz ana dilində yazıb-oxumaq və milli müqəddəratını müəyyənləşdirmək hüququndan məhrum edən bir rejimin əsas simalarından olan Süleymaniyə yas saxlamaq, onu az qala, Azərbaycanın Milli Qəhrəmanı hesab etmək azərbaycançılıq hissindən uzaqdır.
Süleymaninin təmsil etdiyi rejimin Cənubi Azərbaycanda milli fəallara tutduğu divanı başqa bir ölkənin daxili işi hesab edənlər ABŞ-ın “Qüds” komandanını qətlə yetirməsini beynəlxalq hüquqa zidd sayıb, insan haqlarının pozulması kimi dəyərləndirməsi siyasi ikiüzlülükdən başqa bir şey deyildir. Süleymaninin Qarabağın ermənilər tərəfindən işğalı zamanı Ermənistanın işğalçı qüvvələri ilə bərabar hərəkət etməsini isə kimsə görməzdən gələ bilməz.
Daxili Qoşunların keçmiş komandanı Fəhmin Hacıyev bildirib ki, "Qüds” briqadasının öldürülmüş komandanı 1990-cı illərdən Azərbaycanla xüsusi maraqlanıb və döyüş bölgələrindən kəşfiyyat məlumatlarının ermənilərə ötürülməsini təşkil etməyə cəhd göstərib.
F. Hacıyev komandan olduğu dövrdə Daxili Qoşunların kəşfiyyatçıları tərəfindən Süleymaninin iki agentinin Ağdam-Ağdərə döyüş bölgəsində həbs edilərək Milli Təhlükəsizlik Nazirliyinə təhvil verildiyini də qeyd edib.
Daxili Qoşunların sabiq komandanının bu sözlərini şübhə altına alanlara Süleymaninin İran İslam Respublikasına xidmətlərindən bəhs edən bir televiziya verilişində qeyd edilib ki, “Naxçıvanla Azərbaycanı birləşdirmək planları var idi. İlkin baxışda bunun İran İslam Respublikasının xeyrinə olduğu görünə bilər. Ancaq bunun arxasında məkrli plan var idi. Bundan sonra regionda pantürkist millət formalaşdıraraq, prosesləri digər məcrada davam etdirəcəkdilər. Lakin Qasim Süleymani bunun qarşısını aldı”.
Bütün bunlar onu göstərir ki, Süleymani və təmsil etdiyi İslam İnqilabı Keşikçiləri Korpusunun fəaliyyəti həm də Azərbaycan xalqının maraqlarına qarşı olub. İndi Süleymani üçün göz yaşı tökənlər mövqelərini dəqiq müəyyən etməlidirlər ki, onlar üçün önəmlisi nədir: vətənin və millətin maraqları, yoxsa din pərdəsinə bürünmüş fars rejimi?
Süleymanin öldürülməsi ilə bağlı siyasi səhnənin bəzi isimlərinin heç bir əsası olmadan ABŞ-ın bu olaydan sonra Şərqdə mövqelərinin zəifləyəcəyi haqqında fikirlərinə heyrətlənməmək mümkünsüzdür. Ağlı başında olan hər kəs bilir ki, Süleymaninin ölümü ilə İran rejimi sağalmaz yara alıb.
Süleymaninin dəfni zamanı yaşananlar ötüb-keçəcək. Üstəlik, iranlılar Tehran rejiminin vəd etdiyi acı intiqamın gerçəkləşmədiyini görüb zamanla rejimin gücsüzlüyü qəanətinə gələcəklər və bu, İranda tamamilə yeni vəziyyətin yaranmasına səbəb olacaq.
Süleymaninin ölümündən sonra baş verən proseslərin sonunda İranın qalib olacağı fikiri isə həqiqətdən o qədər uzaqdır ki, təkzib etməyə belə gərək yoxdur.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 12:33
Leysan yağacaq, dolu düşəcək - Proqnoz
Dünən, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı