08:46 / 23-06-2025
Sevil Əliyevanın oğlu məşhur diktorun nəvəsi ilə ailə qurub
08:08 / 23-06-2025
Qərbi Azərbaycana erməni köçü - Fotolar
07:55 / 23-06-2025
Kilsədə terror aktı: çoxsaylı ölən və yaralılar var
07:50 / 23-06-2025
Kolumbiyada üsyançılar 57 hərbçini əsir götürüblər
07:46 / 23-06-2025
Türkan Şoray: “Mənə olan sevginin səbəbi kinonun sehrindədir”
07:39 / 23-06-2025
İsrail planının son mərhələsindədir?
07:34 / 23-06-2025
Xaricdəki amerikalılara xəbərdarlıq edilib
00:29 / 23-06-2025
NATO ölkələri müdafiə xərclərini artırır
00:20 / 23-06-2025
İranın nüvə obyektlərindən radiasiya sızır?
00:17 / 23-06-2025
ABŞ vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
00:03 / 23-06-2025
İranlı nazir Putinlə görüşə gəlib
20:20 / 22-06-2025
Rəsmi Bakı ABŞ-ın İranı bombalaması barədə bəyanat yayıb
18:48 / 22-06-2025
ABŞ Çinə çağırış edib - Səbəb
14:57 / 22-06-2025
Həyat dolu ömür yolu - Milli Mətbuat-150 - Fotolar
13:34 / 22-06-2025
Ukrayna daha iki yaşayış məntəqəsini itirib
12:33 / 22-06-2025
Leysan yağacaq, dolu düşəcək - Proqnoz
10:32 / 22-06-2025
İsrail İrana yenidən zərbə endirir
08:55 / 22-06-2025
Tehran geri çəkilmək istəmir
08:42 / 22-06-2025
Körfəz ölkələrinin radiasiya fonunda dəyişiklik yoxdur
08:42 / 22-06-2025
Nazim Sadıxov braziliyalı rəqibini nokauta salıb
08:26 / 22-06-2025
Ruslar Ukraynanın 11 PUA-sını vurub
08:01 / 22-06-2025
Tramp: “İrana zərbələrimiz İsrailin təhlükəsizliyini gücləndirib”
06:26 / 22-06-2025
BMT: “Dünya üçün fəlakətli nəticələr ola bilər”
06:06 / 22-06-2025
ABŞ İrana qarşı müharibəyə qoşulub - Üç nüvə obyekti vurulub - (Yenilənib)
00:08 / 22-06-2025
Tanınmış jurnalist Fatih Altaylı saxlanılıb
21:23 / 21-06-2025
Ceyhun Bayramov Suriya XİN başçısı ilə görüşüb
19:32 / 21-06-2025
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
19:27 / 21-06-2025
Deputat: “Muxtariyyətin ləğvi barədə düşünmək lazımdır”
19:00 / 21-06-2025
Sabiq icra başçısının oğlunu öldürən şəxsə cəza verilib
11:30 / 18-06-2025

12:34 / 18-06-2025

16:11 / 19-06-2025

10:52 / 18-06-2025

16:25 / 18-06-2025

17:28 / 20-06-2025

13:12 / 18-06-2025

11:32 / 19-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi təsdiqlənib
Tarix: 12-01-2020 01:16 | Bölmə: Slayd

Nazirlər Kabineti "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"ni təsdiq edib.
Reyting.az xəbər verir ki, İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi icbari tibbi sığorta çərçivəsində sığortaolunanlara göstərilən tibbi xidmətlərin siyahısını və tariflərini (o cümlədən, sığorta limitini), növündən asılı olaraq tibbi xidmətlərin göstərilməsi şərtlərini, müştərək maliyyələşmə məbləğlərini, habelə gözləmə müddətlərini müəyyən edir.
Sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində və (və ya) həmin müəssisələrin göndərişi əsasında göstərilir. Sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər tibbi göstəriş olduğu hallarda göstərilir. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım növlərini əhatə edir. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tibbi xidmətlərin tarifləri bu Sənədin əlavəsinə uyğun olaraq müəyyən edilir.
İlkin səhiyyə xidməti ilkin səhiyyə xidməti üzrə tibbi xidmət göstərən dövlət tibb müəssisəsinə təhkim olunmuş şəxslərə göstərilir. Ailə həkimi (sahə-terapevti, sahə-pediatrı) ilkin səhiyyə xidmətini ambulator qəbul və evdə xidmət (çağırışlar və fəal gedişlər) vasitəsilə həyata keçirir. İlkin səhiyyə xidməti çərçivəsində evdə xidmət ailə həkimi və (və ya) onunla birgə çalışan orta tibb işçisi tərəfindən dövlət tibb müəssisəsinə təhkim olunmuş şəxsin bilavasitə yaşayış ünvanında həyata keçirilir. İlkin səhiyyə xidməti üzrə sığorta ödənişi dövlət tibb müəssisəsinə təhkim olunmuş şəxslərin sayına əsasən ödənilir.
Təcili və təxirəsalınmaz tibbi xidmət çərçivəsində ambulans xidmətinin maliyyələşdirilməsi müvafiq tibb müəssisəsinin xidmət göstərdiyi ərazi vahidlərində yaşayan əhalinin (yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatda olan şəxslərin) adambaşı sayına görə həyata keçirilir. Ambulator və ya stasionar şəraitdə göstərilən təcili və təxirəsalınmaz tibbi xidmət bu Sənədin əlavəsində göstərilmiş müvafiq tariflərə uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisəsinə həmin müqavilədə qeyd olunmuş həcmdə ödənilir. Təcili və təxirəsalınmaz tibbi xidmətin göstərilməsindən dərhal sonra sığortaolunanın stasionar şəraitdə müalicə olunmasının davamına tibbi göstəriş olduğu hallarda, stasionar müalicədən əvvəl göstərilən tibbi xidmətə görə sığorta ödənişi həyata keçirilmir. Təcili və təxirəsalınmaz hallarda tibb müəssisəsi tərəfindən ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi mümkün olmadıqda, tibb müəssisəsi öz maliyyə vəsaiti hesabına sığortaolunanın həmin tibbi yardımı göstərən digər tibb müəssisəsinə göndərilməsini təmin edir. Kütləvi tədbirlər və hadisələr zamanı (nümayişlər, milli bayramlar və s.) yerli idarəetmə orqanlarının tələblərinə əsasən, müvəqqəti təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin təşkili büdcə vəsaiti hesabına, idman oyunları, müxtəlif mədəniyyət tədbirləri zamanı, habelə istirahət zonalarında təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin təşkili və ambulans xidmətinin ödənişi tədbir təşkilatçılarının vəsaiti hesabına həyata keçirilir.
Ailə həkiminin göndərişi olmadan ixtisaslı həkimə yalnız hamilə qadınların ginekoloji tibbi xidmətlər üzrə müraciətinə icazə verilməsi nəzərə alınmaqla, sığortaolunana ixtisaslaşdırılmış ambulator tibbi xidmət ailə həkiminin göndərişi, ambulator şəraitdə təyin edilmiş tibbi müayinələr isə səlahiyyətləri çərçivəsində ailə həkimi və ya ixtisaslı həkimin göndərişi əsasında həyata keçirilə bilər. Sığortaolunanlara ailə həkiminin göndərişi olmadan tibbi xidmətlərin göstərilməsi şərtləri bu Sənədin 10-cu hissəsi ilə müəyyən edilir. Sığortaolunanın ixtisaslı həkimə müraciət etdiyi tarixdən 21 gün ərzində eyni tibb müəssisəsinə eyni ixtisaslı həkimə eyni səbəbdən təkrar müraciəti zamanı ixtisaslı həkimin müayinəsinə görə tibb müəssisəsinə sığorta ödənişi həyata keçirilmir. Bu Sənədin əlavəsinə əsasən ixtisaslaşdırılmış tibbi yardım tələb etməyən halların diaqnostikası və müalicəsi üçün zəruri olan tibbi müayinələr ailə həkiminin göndərişi ilə də göstərilə bilər. Ailə həkiminin göndərişi olmadan ixtisaslı həkimə yalnız hamilə qadınların ginekoloji tibbi xidmətlər üzrə müraciətinə icazə verilir. MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətləri istisna olmaqla, ambulator şəraitdə göstərilən tibbi xidmətlər stasionar şəraitdə göstərildiyi təqdirdə, sığorta ödənişi stasionar tibbi xidmətin tarifinə əsasən hesablanır və ödənilir.
Xidmətlər Zərfinə daxil olan stasionar tibbi xidmət üzrə diaqnozlar “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatının, 10-cu baxışı”na əsasən (bundan sonra - XBT-10), stasionar tibbi xidmət üzrə prosedurlar “Xəstəliklərin Beynəlxalq Təsnifatının 9-cu baxışı (Klinik Modifikasiya), Həcm 3” (bundan sonra - XBT-09) əsasən tərtib edilib. İxtisaslaşdırılmış stasionar tibbi xidmət ixtisaslı həkimin göndərişi əsasında və ya təcili və təxirəsalınmaz tibbi yardımın müşayiət vərəqəsi əsasında həyata keçirilir. Sığortaolunan stasionar tibbi xidmətdən istifadə etmək üçün eyni tibb müəssisəsinə, eyni ixtisaslı həkimə və eyni səbəbdən 45 gün ərzində təkrar müraciət etdiyi hallarda, həmin müraciət üzrə göstərilən stasionar tibbi xidmətə görə sığorta ödənişi hesablanmır və ödənilmir. Stasionar tibbi xidmətin göstərilməsi zamanı ambulator şəraitdə göstərilən tibbi xidmətlərin dəyəri stasionar tibbi xidmətin tarifinə daxildir. KT (kompüter tomoqrafiyası), MRT (maqnit-rezonans tomoqrafiyası) xidmətlərinin dəyəri bu Sənədin əlavəsindəki cədvəlin 2.5.1-2.5.39-cu yarımbəndlərində nəzərdə tutulan invaziv radioloji xidmətlərin tarifinə daxildir.
Bu sənədin əlavəsindəki cədvəlin 2.6.1-2.6.950-ci, 2.7.1- 2.7.255-ci yarımbəndlərində nəzərdə tutulan stasionar cərrahi tibbi xidmət XBT-09-a əsasən təminata daxil edilmiş tibbi xidmətin prosedurlarından və stasionar terapevtik xidmət XBT-10-a əsasən qruplaşdırılmış diaqnozlar üzrə sığortaolunanın müayinə və müalicəsi üçün göstərişi olan tibbi xidmətlərdən ibarətdir. Stasionar terapevtik tibbi xidmətin tarifi bu Sənədin əlavəsindəki cədvəldə qruplaşdırılmış diaqnozlar arasından sığortaolunana qoyulmuş əsas diaqnoz seçilməklə müəyyən edilir. Stasionar cərrahi tibbi xidmətin tarifi isə tibbi göstəriş olan cərrahi müdaxilənin proseduru seçilməklə müəyyən edilir. Eyni anesteziya ilə bir neçə cərrahi müdaxilələrin həyata keçirildiyi halda, stasionar cərrahi tibbi xidmətə görə sığorta ödənişi cədvələ uyğun olaraq aşağıdakı şərtlər əsasında hesablanır və tibb müəssisəsinə ödənilir (bu bəndin məqsədləri üçün anatomik nahiyələr dedikdə, baş nahiyəsi, boyun nahiyəsi, döş nahiyəsi, abdominal nahiyə, çanaq, bel nahiyəsi, yuxarı ətraf (hər biri), aşağı ətraf (hər biri) başa düşülür və anatomik nahiyə həmin nahiyənin orqan və toxumaları ilə birgə hesab edilir):
- cərrahi müdaxilə zamanı eyni anesteziya növü və eyni anatomik nahiyə üzrə bir neçə əməliyyatın aparılması tələb olunarsa, bu halda cərrahi müdaxiləyə səbəb olan əsas müdaxiləyə görə (dəyəri ən yüksək olan cərrahi əməliyyat əsas hesab olunmaqla) - tarifin 100 (yüz) faizi həcmində, 2-ci əməliyyat (dəyərinə görə) üzrə 50 (əlli) faizi həcmində, 3-cü və daha çox əməliyyatlar üzrə isə 25 (iyirmi beş) faizi həcmində;
- cərrahi müdaxilə zamanı eyni anesteziya növü və müxtəlif anatomik nahiyə üzrə bir neçə əməliyyatın aparılması tələb olunarsa - cərrahi müdaxiləyə səbəb olan əsas müdaxilənin (dəyəri ən yüksək cərrahi əməliyyat olan əsas hesab olunmaqla) dəyəri tarifin 100 (yüz) faizi həcmində, 2-ci əməliyyat üzrə 70 (yetmiş) faizi həcmində, 3-cü və daha çox əməliyyatlar üzrə isə 25 (iyirmi beş) faizi həcmində;
- bu Sənədin əlavəsindəki cədvəlin 2.6.1-2.6.6-cı, 2.6.29- cu, 2.6.139-cu, 2.6.268-ci, 2.6.283-cü, 2.6.286-cı və 2.6.288-ci, 2.6.336-cı və 2.6.802-ci yarımbəndlərində nəzərdə tutulan stasionar cərrahi xidmətlər bir neçə cərrahi xidmətlə birlikdə göstərildiyi təqdirdə, həmin xidmətlər üzrə tarifin 100 faizi həcmində;
- bu Sənədin əlavəsindəki cədvəlin 2.6.232-ci, 2.6.573-cü, 2.6.588-ci, 2.6.601-ci, 2.6.622-ci, 2.6.661-ci, 2.6.693-cü və 2.6.797-ci yarımbəndlərində nəzərdə tutulan stasionar cərrahi xidmətlər sığorta hadisəsi zamanı göstərildiyi təqdirdə, yalnız bir stasionar tibbi xidmətin tarifi seçilməklə.
Stasionar şəraitdə tibbi xidmətin göstərilməsinə başlanıldıqdan sonra 24 saat ərzində sığortaolunanın evə yazıldığı hallarda, sığorta ödənişi bu Sənədin əlavəsindəki cədvəllə müəyyən edilmiş stasionar cərrahi tibbi xidmət üçün tarifin 80 (səksən) faizi, stasionar terapevtik tibbi xidmət üçün isə tarifin 20 (iyirmi) faizi həcmində hesablanır və ödənilir. Sığortaolunana stasionar şəraitdə müalicə aldığı zaman eyni səbəbdən (eyni anatomik nahiyə üzrə və eyni diaqnoz) həm stasionar terapevtik, həm də stasionar cərrahi tibbi xidmət tələb olunduğu təqdirdə, sığorta ödənişi stasionar cərrahi xidmətin tarifi ilə hesablanır və ödənilir. Stasionar terapevtik tibbi xidmətlərin tarifinə sığortaolunanın müalicəsi üçün tələb olunan cərrahi müdaxilələrin dəyəri də daxildir. İxtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadığı təqdirdə, tibbi xidmət göndəriş vərəqəsi və tibbi göstəriş əsasında ixtisaslaşdırılmış tibbi yardımı göstərə bilən digər tibb müəssisəsinə köçürülməklə həyata keçirilir.
Stasionar terapevtik və cərrahi tibbi xidmətlərin davam etdirilməsi mümkün olmadığı təqdirdə, müalicənin davamı üçün sığortaolunanın tibb müəssisəsi tərəfindən digər tibb müəssisəsinə köçürülməsi hallarında, sığorta ödənişi aşağıdakı qaydada həyata keçirilir:
- stasionar terapevtik və ya cərrahi tibbi xidmətlərin davam etdirilməsinin mümkün olmadığı sığorta hadisəsinin başlanılması müddətindən 24 saat ərzində 8 aşkarlanarsa, müvafiq tibbi xidmət üçün nəzərdə tutulmuş tarifin 10 faizi köçürən tibb müəssisəsinə və müvafiq olaraq stasionar terapevtik tibbi xidmətin tarfinin 90 faizi, cərrahi tibbi xidmətin tarifinin isə 100 faizi sığortaolunanın köçürüldüyü tibb müəssisəsinə ödənilir;
- stasionar terapevtik və ya cərrahi tibbi xidmətlərin davam etdirilməsinin mümkün olmadığı sığorta hadisəsinin başlanılması müddətindən 24 saat sonra aşkarlanarsa, müvafiq tibbi xidmət üçün nəzərdə tutulmuş tarifin 20 faizi köçürən tibb müəssisəsinə və müvafiq olaraq stasionar terapevtik tibbi xidmətin tarifinin 80 faizi, cərrahi tibbi xidmətin tarifinin isə 100 (yüz) faizi sığortaolunanın köçürüldüyü tibb müəssisəsinə ödənilir.
Bu Sənəddə qeyd olunan hallarda stasionar şəraitdə (terapevtik və cərrahi) aparılan müalicənin fəsadlaşması və ağırlaşması nəticəsində sığortaolunan digər tibb müəssisəsinə köçürüldüyü halda, köçürən tibb müəssisəsinə sığorta ödənişi həyata keçirilmir, sığortaolunanın köçürüldüyü tibb müəssisəsinə isə sığorta ödənişi müvafiq tibbi xidmət üçün nəzərdə tutulmuş tarifin 100 faizi hesablanmaqla ödənilir. Stasionar tibbi xidmətin göstərilməsi zamanı göndəriş vərəqəsi əsasında digər tibb müəssisəsində müayinələr aparıldığı hallarda, sığorta ödənişi həmin müayinələrin tarifi stasionar tibbi xidmətin tarifindən çıxılmaqla hesablanır və göndəriş verən tibb müəssisəsinə ödənilir. Göndəriş verilən tibb müəssisəsinə isə sığorta ödənişi həmin müayinələrin tarifi üzrə hesablanmaqla ödənilir.
İkitərəfli ağır dərəcəli sensonevral eşitmə azlığı olan sığortaolunanlara koxlear implantasiya əməliyyatı aşağıdakı şərtlərlə göstərilir:
- bu təminat anadangəlmə və ya sonradan yaranmış sensonevral eşitmə azlığı olan sığortaolunanlara şamil edilir;
- anadangəlmə ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortaolunanın yaş həddi 5 (beş) yaş, sonradan yaranmış ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortaolunanların yaş həddi 40 (qırx) yaş kimi müəyyən edilir;
- anadangəlmə ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığının mövcudluğu mütləq şəkildə BERA testinin nəticəsi ilə təsdiq olunmalıdır (BERA testinin nəticəsi: ikitərəfli ağır dərəcəli (IV dərəcə) sensonevral eşitmə azlığı);
- sonradan yaranmış ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığının mövcudluğu mütləq şəkildə audiometriya nəticəsi ilə təsdiq olunmalıdır;
- eşitmə aparatının istifadəsi (minimum 3, maksimum 6 ay);
- əməliyyatdan sonra effektivliyin yüksək olması üçün dil hazırlığı təlimlərində iştirakı.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına təminat verilən koxlear implantasiya əməliyyatlarının sayı 300 müəyyən edilir.
Oynaqdaxili endoprotezlərin yerləşdirilməsi aşağıdakı şərtlərlə göstərilir:
- ixtisaslı həkim rəyi və müvafiq müayinənin nəticələri (əməliyyat olunacaq oynağın rentgen, MRT (maqnit-rezonans tomoqrafiyası) və ya KT (kompüter tomoqrafiyası) müayinələri) əsasında diaqnozun müəyyənləşdirilməsi;
- yalnız diz oynağı və bud-çanaq oynaqdaxili endoprotezlərin yerləşdirilməsi.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına təminat verilən oynaqdaxili endoprotezlərin yerləşdirilməsi əməliyyatlarının sayı 300 müəyyən edilir.
Bu Sənəddə nəzərə tutulmuş tibbi xidmətlərdən istifadə zamanı tibbi xidmətlərə tətbiq edilən müştərək maliyyələşmə məbləğləri (tibbi xidmətin tarifinin sığortaolunan tərəfindən ödənilən hissəsi) aşağıdakı qaydada müəyyən edilir:
- sığortaolunan ailə həkiminin (sahə pediatrı, sahə terapevti) göndərişi olmadan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə ambulator şəraitdə ixtisaslı həkimə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə - 5 manat, tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə - 5 manat və tibbi ərazi bölməsindən kənar 10 yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə - 15 manat;
- sığortaolunan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan stasionar şəraitdə xidmətin göstərilməsi üçün tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, ixtisaslı həkimin müayinəsi üçün - 5 manat, müayinənin nəticəsi olaraq ixtisaslı həkimin stasionar tibbi xidmətə göndərişi əsasında 100 manatdan artıq hər bir sığorta hadisəsinə görə - 30 manat;
- sığortaolunan qeydiyyatda olduğu inzibati ərazi üzrə tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi olmadan stasionar şəraitdə xidmətin göstərilməsi üçün tibbi ərazi bölməsindən kənar yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, ixtisaslı həkimin müayinəsi üçün - 15 manat, müayinənin nəticəsi olaraq ixtisaslı həkimin stasionar tibbi xidmətə göndərişi əsasında 100 manatdan artıq hər bir sığorta hadisəsinə görə - 90 manat.
Sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün 20 (iyirmi) manat müştərək maliyyələşmə məbləği ödəyir.
Gözləmə müddətinin tətbiqi şərtlərinə əsasən, tibbi xidmətin növündən və sığortaolunanın klinik vəziyyətindən asılı olaraq, icbari tibbi sığorta çərçivəsində sığortaolunanlara göstərilən tibbi yardım aşağıda qeyd edilən gözləmə müddəti ərzində həyata keçirilir:
- ixtisaslı ambulator xidmət üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq;
- instrumental diaqnostik və laborator müayinələr üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq;
- koxlear implant sisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi istisna olmaqla, planlı stasionar tibbi yardım üçün sığortaolunana göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq.
Təcili və təxirəsalınmaz hallarda, sığortaolunana tibbi yardım tibbi göstərişə əsasən dərhal göstərilir.
Bölməyə aid digər xəbərlər

Dünən, 12:33
Leysan yağacaq, dolu düşəcək - Proqnoz
Dünən, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı