Türkiyədəki səfirliyimizdə “qaynar xətt” yaradıldı - Güclü zəlzələ ilə bağlı
Tarix: 25-01-2020 00:28 | Bölmə: Siyasət
Türkiyədəki səfirliyimizdə “qaynar xətt” yaradıldı - Güclü zəlzələ ilə bağlı

Azərbaycanın Türkiyədəki səfirliyində Elazığ vilayətində Rixter cədvəli üzrə 6,8 bal gücündə baş vermiş zəlzələ ilə bağlı “qaynar xətt” yaradılıb. Məqsəd həmvətənlərimizə lazım olan dəstəyin göstərilməsidir.

Reyting.az
bildirir ki, səfirlikdən verilən məlumata görə, hələ ki, “qaynar xətt”ə heç bir müraciət daxil olmayıb.

Qeyd olunub ki, “qaynar xətt” zəlzələnin nəticələri tam şəkildə aydınlaşana qədər fəaliyyət göstərəcək.

Qaynar xətt: 00905526792565.

Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, baş verən yeraltı təkanın episentri Sivrice rayonunda qeydə alınıb. Zəlzələ nəticəsində dörd nəfər həyatını itirib.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}