14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
BMT həyəcan təbili çalır: dünya ölkələri çəyirtkələrin hücumuna məruz qalır
Tarix: 25-01-2020 17:53 | Bölmə: Slayd
BMT həyəcan təbili çalır: dünya ölkələri çəyirtkələrin hücumuna məruz qalır

Afrikanın şərqində son 25 ildə ən böyük səhra çəyirtkələrinin işğalı müşahidə edilir.

Reyting.az
-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, həşəratlar gündə 150 kilometr sürətlə hərək edirlər.

BMT-nin məlumatına görə, çəyirtkələr bir sutka ərzində 35 minə yaxın insanın yediyi qədər qida qəbul etmək iqtidarındadırlar.

KİV-lərdəki məlumata görə, təkcə Keniyada zərərvericilər 2,4 min kvadrat kilometr ərazini zəbt ediblər. Efiopiya və Somaliyə də ciddi ziyan dəyib. Həşəratların görünməmiş yayılması rütubətin artması ilə əlaqələndirilir. Son zamsanlar Şərqi Afrika güclü leysan yağışlarından əziyyət çəkir.

BMT həyəcan təbili çalır: dünya ölkələri çəyirtkələrin hücumuna məruz qalır

Ərzaq və kənd təsərrüfatı təşkilatı yayda zərərvericilərin sayının 500 dəfə arta biləcəyi haqda xəbərdarlıq edir. Çəyirtkələrə görə Şərqi Afrikada ərzaq təhlükəsizliyi və hətta aclıq da baş verə bilər.

BMT-nin məlumatında bildirilir ki, çəyirtkələrin hücumu səbəbindən afrikalılar vəba epidemiyası ilə də üzləşə bilərlər. Regiona artıq 10 milyon dollar yardım ayrılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}