"İri ticarət mərkəzlərinin açılması gündəmdədir" - TƏBİB sədri tarixlə bağlı anons verdi
Tarix: 22-05-2020 17:34 | Bölmə: Cəmiyyət
"İri ticarət mərkəzlərinin açılması gündəmdədir" - TƏBİB sədri tarixlə bağlı anons verdi

"İyun ayında iri ticarət mərkəzlərinin açılması gündəmdədir".

Reyting.az
 xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, hər şey vəziyyətdən aslıdır: "Əgər göstəricilər stabil olsa, iri ticarət mərkəzlərinin açılması ilə bağlı qərar qəbul edilə bilər".

TƏBİB rəhbəri çimərliklərin açılmasında isə problem görmür: "Əsas məsələ orada sosial məsafənin qorunmasıdır. Təlimatlar hazırlanır və yaxın günlərdə açıqlanacaq. İdman zallarının açılması ilə bağlı qərar yəqin iyunun 1-dən mümkün olsun".скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}