İnterpol Trampa qarşı istintaq hərəkətlərindən imtina etdi
Tarix: 29-06-2020 18:04 | Bölmə: Siyasət
İnterpol Trampa qarşı istintaq hərəkətlərindən imtina etdi

İnterpol İranın tələbi ilə Donald Trampa qarşı istintaq hərəkətlərindən imtina edib.

Reyting.az
“Sputnik”-ə istinadla xəbər verir ki, İranın tələbi İnqilab Keşikçilərinin “Qüds” Qüvvələrinin komandiri Qasım Süleymaninin yanvar ayında İraqa səfəri zamanı ABŞ-ın pilotsuz təyyarəsi ilə öldürülməsi ilə bağlı olub.

Tehran ABŞ prezidenti Donald Trampı bu sui-qəsddə təqsirkar sayıb. Tehranın baş prokuroru Süleymaninin öldürülməsində iştirak edən 36 adamdan ibarət siyahını İnterpola təqdim edib. İran Tramp və digərlərinə qarşı qətl və terror aktları ittihamı irəli sürüb. İranın Cinayət Məcəlləsinə görə, bu cinayətləri törədənlər üçün ölüm cəzası nəzərdə tutulur.

Bu gün İnterpol sözçüsü “Sputnik”-ə bildirib ki, beynəlxalq təşkilat prezident Trampın həbsi ilə bağlı İranın heç bir tələbinə baxmayacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}