MN: “Bu gün səhər saatlarında düşmənə sarsıdıcı zərbələr endirilib”
Tarix: 13-07-2020 14:05 | Bölmə: Gündəm
MN: “Bu gün səhər saatlarında düşmənə sarsıdıcı zərbələr endirilib”

“Bu gün səhər saatlarında düşmənə sarsıdıcı zərbələr endirilib”.

Reyting.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, düşmən itkilərini gizlədir: “Səhər saatlarında bölmələrimiz tərəfindən düşmənin dayaq nöqtələrinə, dərinlikdə olan mövqelərinə, avtomobil texnikasına və canlı qüvvəsinə zərbələr endirib. Sadəcə olaraq, düşmən hər zamankı kimi itkilərini gizlədir. Təəssüflər olsun ki, Azərbaycan Ordusu da itki verib. Dörd hərbi qulluqçumuz şəhid olub, yaralılar var. Yaralılara lazımi yardım göstərilir. Şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik!”.

“Hazırda döyüş bölgəsində ara-sıra qarşılıqlı artilleriya zərbələri endirilir” - deyən Vaqif Dərgahlı bildirib ki, düşmən tərəfi fəallıq nümayiş etdirməyə çalışır: “Lakin Azərbaycan Ordusu düşmənin bu fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər görür. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə verilən bütün tapşırıqların yerinə yetirilməsinə hazırdır və buna qadirdir”.

Vaqif Dərgahlı xatırladıb ki, iyulun 12-i günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində atəşkəs rejimini kobud surətdə pozaraq bölmələrimizin yerləşdiyi mövqeləri atəşə tutublar.
O bildirib ki, komandanlıq tərəfindən qərar qəbul edilib və düşmənin fəaliyyətinin qarşısının alınması məqsədi ilə adekvat cavab tədbirləri görülüb: “Düşmən tərəfi təxribatının davamını gətirmək məqsədi ilə mövqelərimizə hücum etməyə cəhdi göstərib. Amma həmin hücumun da qarşısı alınıb. Heç bir ərazi itkisi yoxdur, mövqelərimiz əvvəlki qaydada dayanır və Azərbaycan Ordusunun bölmələri hazırda əvvəllər durduqaları mövqedədirlər və düşmənə qarşı cəza tədbirləri həyata keçirirlər”.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}