14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Lukaşenko Belarusu Putinə təslim etmək istəyir? – Təhlükəli şərtlər açıqlanıb
Tarix: 12-09-2020 14:47 | Bölmə: Slayd
Lukaşenko Belarusu Putinə təslim etmək istəyir? – Təhlükəli şərtlər açıqlanıb

Belarus prezidenti Aleksandr Lukaşenko sentyabrın 14-də Moskvaya səfəri zamanı ölkəsinin Rusiya tərəfindən tədricən mənimsənilməsinə start verəcək.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, bu fikri “Ukrayna 24” telekanalının efirində jurnalist İvan Yakovina söyləyib.

“Lukaşenko və Putin Moskvada Belarus dövlətçiliyinin ləğvi və Belarusun faktiki olaraq asılı bir dövlət, Rusiyanın vassal dövləti kateqoriyasına keçirilməsi proseduru barədə razılığa gələcəklər. Çünki Lukaşenko Rusiyanın dəstəyi olmadan siyasətdə var olacağına ümid etmir. Putin buna razılaşacaq. Belarus mərhələli şəkildə Rusiyanın tərkibinə daxil olacaq”, - Yakovina vurğulayıb.

Onun sözlərinə görə, bu proses üç mərhələdə baş verəcək:

“Birincisi, birlik dövləti daxilində ortaq dövlət sərhədi və ortaq sərhəd mühafizə xidməti yaradılacaq.

İkincisi, ortaq sərhəd mühafizə xidməti yaradıldıqdan sonra silahlı qüvvələrin və Daxili İşlər Nazirliyinin ümumi rəhbərliyi yaradılacaq.

Üçüncüsü, Moskvada bir emissiya mərkəzi ilə vahid bir valyuta yaradılacaq.

Beləliklə, Belarusun sərhədinə, güc strukturlarına və maliyyəsinə nəzarət Putinə keçəcək”.

Jurnalistin iddiasına görə, sadaladıqları reallaşdırıldıqdan sonra Belarus rəsmi olaraq müstəqil bir dövlət kimi qalsa da, Rusiyanın daxilində tamamilə “əriyəcək".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}