Ermənistan silahlıları Azərbaycan hərbçisini yaralayıb
Tarix: 15-09-2020 10:26 | Bölmə: Slayd
Ermənistan silahlıları Azərbaycan hərbçisini yaralayıb

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

Azərbaycan Müdafiə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb.

Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.

Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}