Hərbi ekspert: “Azərbaycan cəbhədə belə sürətlə işləsə, ermənilər tezliklə danışıqlar üçün yalvaracaq”
Tarix: 16-10-2020 18:16 | Bölmə: Slayd
Hərbi ekspert: “Azərbaycan cəbhədə belə sürətlə işləsə, ermənilər tezliklə danışıqlar üçün yalvaracaq”

“Ermənilər Ermənistandan hərbi texnikanı dartıb Qarabağa gətirir və biz də mümkün qədər onları vurub dağıdırıq. Nəzərə alın ki, Yerevan şəhərinin hava müdafiəsində mühüm rol oynayan “S-300” kompleksindən birini Qarabağa gətirmişdilər, səhərisi günü onu məhv etdik. Ümumən 3 belə kompleks məhv edilib. Onlarda cəmi bir ədəd “S-400” kompleks qalıb. Bu kompleks də Gorus rayonundadır və onu qoruyur, çalışırlar ki, çox istifadə etməsinlər. Deməli, ehtiyac yaranarsa, sabah onu da məhv edə bilərik”.

Bunu Reyting.az-a açıqlamasında hərb ekspert Azad İsazadə cəbhədə davam edən hərbi əməliyyatlardan danışarkən deyib.

A. İsazadənin fikrincə, Azərbaycan Ordusu texniki baxımından işğalçı orduya böyük ziyan vurub: “Ancaq bunu indi qiymətləndirmək çətindir. Onlar oradan-buradan təyyarələrlə, bəzən gizli yollarla, hətta humanitar yardım adı ilə nələrsə gətirirlər. Amma başa düşmək lazımdır ki, müasir müharibə üçün təyyarə ilə texnika gətirmək, məsələn, tank, qurğular, sistemlər əldə etmək çətindir. Maksimum sursat və nisbətən orta ölçülü hissələr gətirirlər. Bunları da məhv edirik”.


A. İsazadə

Ekspert deyib ki, yaralanan düşmənin haradansa Azərbaycana zərbə vurmağa çalışması gözləniləndir: “Üstəlik, hələ onların köməyinə gələn qüvvələr var. Sadəcə, Nikol Paşinyan rejimi qaldığı üçün həmin qüvvələr o qədər də aktiv deyillər”.

Belə aktiv döyüşlər davam edəcəyi təqdirdə Ermənistan ordusunun maksimum bir ay, bəlkə də ondan az müddətdə müqavimət göstərə biləcəyini proqnozlaşdıran A. İsazadəyə görə, burada vacibi onlara əlavə gücün gəlməməsidir: “Amma bunu dəqiq demək olmur. Çünki əvvəlcədən də erməni ordusu və onun arsenalının dəqiq sayını bilmirdik. Amma sürətlə işləsək onlar oktyabrların sonunda danışıqlara başlamaq üçün yalvaracaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}