Gəncə növbəti dəfə raket atəşinə tutulub: çoxsaylı ölən və yaralılar var - Foto
Tarix: 17-10-2020 08:23 | Bölmə: Slayd
Gəncə növbəti dəfə raket atəşinə tutulub: çoxsaylı ölən və yaralılar var

Ermənistan silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutub.

Reyting.az
xəbər verir ki, ilkin məlumata görə, gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən yaşayış məntəqələrinin raket atəşinə tutulması nəticəsində 12 nəfər mülki şəxs həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Reyting.az APA-ya istinadla bildirir ki, hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}