Deputat: “Şuşanı elə mühasirəyə almaq lazımdır ki...”
Tarix: 30-10-2020 16:05 | Bölmə: Slayd
Deputat: “Şuşanı elə mühasirəyə almaq lazımdır ki...”

“Azərbaycan Ordusunun əməliyyatlarını yüksək qiymətləndirirəm. Ordumuz mənasız itkilərə yol vermir. Yəni əsgərlərimizə erməni mövqeyinə hücum etmək əmri verərək itkilərə səbəb olmur. Əksinə, yüksək səviyyədə hazırlanan xüsusi təyinatlılarımız dağ yolları ilə düşmənin arxasına keçirlər. Qarşı tərəf mühasirəyə isə düşür və geri çəkilməyə məcbur olur. Çünki onların köməyinə gələn qüvvələri dronlar və artilleriya vasitəsilə dağıdırıq”.

Bu sözləri Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

Deputat xatırladıb ki, Qırmızı Bazar (Xocavənd rayonu ərazisidir-red.) istiqamətində düşmənin mövqeləri möhkəmdir: “Əslində biz oranı almaq üçün xeyli adam itirməli idik. Ancaq onların arxasına keçib iki dağ kəndini götürməklə düşməni mühasirəyə salırıq. İndi özləri geri çəkilməyə məcbur olacaq. Belə fərqli taktikalarla düşməni qovacğıq”.

R. Musabəyov insanların hisslərini anladığını da deyib: “Baxıram, bəzən insanlarımız deyir ki, Şuşaya hücum edək. Bizə lazımdırmı ki, orada min nəfər itki verək? Mənasızdır! Şuşanı elə mühasirəyə almaq lazımdır ki, ətrafdakı yüksəkliklər əlində olsun və şəhərə heç nə daxil ola bilməsin. Bundan sonra yaranmış vəziyyət məsələni özü yoluna qoyacaq. Ordumuz bunu Laçınla bağlı da edir. Düşmən bunun nəticəsində məcbur olub ya geri çəkilməlidir, ya da təslim olmalıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}