22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Ter-Petrosyan Putindən yardım istəyən Paşinyanı ələ saldı: "...vay bizim halımıza"
Tarix: 01-11-2020 15:04 | Bölmə: Slayd
Ter-Petrosyan Putindən yardım istəyən Paşinyanı ələ saldı: "...vay bizim halımıza"

Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə ünvanladığı məktubla yanaşı, Rusiya Xarici İşlər Nazirliyinin bu müraciətə verdiyi cavabı da şərh edib.

Reyting.az
Ermənistanın NEWS.am saytına istinadla xəbər verir ki, Levon Ter-Petrosyan Paşinyanın Putinə "yardım məktubu" ilə bağlı belə deyib: “Nikol (Ermənistan Baş naziri Nikol Paşinyan - red.) Vladimir Putinə yardım xahişi ilə məktub göndərdi. Putin buna Xarici İşlər Nazirliyi vasitəsi ilə cavab verdi. Başa düşmürsüz bununla nə cavab verildi? Paşinyan bunu da başa düşmürsə, vay bizim halımıza".

O bildirib ki, Putin çox səmimi və diplomatik nəzakətlə Paşinyanın məktubuna belə cavab verib: "Ermənistanın tam təhlükəsizliyini təmin etməyə borcluyam və hazıram, amma nəhayət, başa düşün: sizin əvəzinizə Qarabağ məsələsini həll edə bilmərəm”.




Bölməyə aid digər xəbərlər