22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Dünyada koronavirusa yoluxanların sayı 46 milyonu keçib
Tarix: 02-11-2020 10:00 | Bölmə: Slayd
Dünyada koronavirusa yoluxanların sayı 46 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 46 milyonu ötüb. Reyting.az xəbər verir ki, bunu Con Hopkins Universitetinin məlumatları sübut edir.

Bildirilir ki, dünyada 46.500.057 insan koronavirusa yoluxub. 1.200.310 nəfər COVID-19-un yaratdığı fəsadlardan həyatını itirib, 31 milyondan çox insan sağalıb.

Xəstəliyə rekord sayda yoluxma ABŞ-da qeydə alınıb - 9,2 milyon insan. Hindistan (8,2 milyon hadisə) və Braziliya (5,5 milyon hadisə) da COVID-19 infeksiyasına yoluxmada ön sıralardadır. Rusiya dördüncü yerdə qərar tutub.

Son məlumatlara görə, Rusiyanın 85 bölgəsində 1,6 milyondan çox insan koronavirusa yoluxub.




Bölməyə aid digər xəbərlər