22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Müharibə Ermənistan iqtisadiyyatına ciddi zərbə vurub
Tarix: 02-11-2020 14:29 | Bölmə: Slayd
Müharibə Ermənistan iqtisadiyyatına ciddi zərbə vurub

“Ermənistanın beynəlxalq kredit götürməli olduğunu nəzərə alsaq dövlət borcunun Ümumi Daxili Məhsula görə nisbəti 2020-ci ildə 65 faizə çatacaq”.

Reyting.az
xəbər verir ki, Ermənistanın Maliyyə Nazirliyi 2020-ci ildə ölkənin ÜDM-dən azalma proqnozunu 2,6 faizdən 6 faizə qaldırıb.

Bunu Maliyyə Nazirliyinin departament rəhbəri Atom Djandjuqalzyan deyib.

Məlum olub ki, 2020-ci ildə ÜDM-də azalma əvvəllər 2,6 faiz götürülsə də, sonradan 6 faiz, daha sonra isə 6,8 faizə qaldırılıb.

Departament rəhbəri əlavə edib ki, 2020-ci ilin dövlət büdcəsinə görə ÜDM 7,095 trilyon dram (16,1 milyard dollar) səviyyəsində planlaşırılıb, lakin oktyabr ayında proqnoz 6,170 trilyon dram (12,5 milyard dollar) səviyyəsinə endirilib.

2020-ci ildə dövlət borcunun ÜDM-ə nisbətinin 65 faizə çatacağı, 2021-ci ildə isə 63,2 faizə enəcəyi ehtimal edilir.




Bölməyə aid digər xəbərlər