22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Dağlıq Qarabağdakı separatçı rejimin “müdafiə nazirinin müavini” məhv edilib
Tarix: 02-11-2020 17:19 | Bölmə: Slayd
Dağlıq Qarabağdakı separatçı rejimin “müdafiə nazirinin müavini” məhv edilib

Dağlıq Qarabağdakı separatçı rejimin “müdafiə nazirinin müavini”, polkovnik Artur Sarkisyan məhv edilib.

Reyting.az
xəbər verir ki, bu barədə “Sputnik Armenia” saytı məlumat yayıb.

Erməni tərəfi polkovnikin döyüşlərdə öldürüldüyünü təsdiqləyib.

Onun adı bu gün ölən 11 hərbçinin yer aldığı siyahıda qeyd olunub. 1975-ci il təvəllüdlü Sarkisyan qondarma rejimin hərbi simalarından biri idi.

Erməni tərəfi separatçıların komandirlərindən biri, polkovnik Sergey Şakaryanın da öldürüldüyünü təsdiqləyib.

Qeyd edək ki, bir müddət əvvəl separatçı rejimin "müdafiə naziri" Cəlal Arutunyan da yaralanıb. Separatçı rejimin rəhbəri Araik Harutunyanın əmri ilə Cəlal Arutunyan "vəzifə"sindən azad olunub, onun yerinə Mikael Arzumanyan təyin olunub.




Bölməyə aid digər xəbərlər