22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Ermənistan ordusu növbəti məğlubiyyətini etiraf edib - Düşmən daha bir şəhərdən qaçır
Tarix: 03-11-2020 00:14 | Bölmə: Slayd
Ermənistan ordusu növbəti məğlubiyyətini etiraf edib - Düşmən daha bir şəhərdən qaçır

Ermənistan ordusu Xocavənd (Martuni) rayonu istiqamətində geri çəkilmək məcburiyyətində qalıb. Reyting.az xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan günün nəticələri ilə bağlı son brifinqdə etiraf edib.

Onun sözlərinə görə, Azərbaycanın Silahlı Qüvvələri Xocavənddə bir sıra əlverişli mövqeləri tutub və Çartar şəhərinə yaxınlaşıb.

Xatırladaq ki, Çartar keçmiş Martuni rayonunun kəndi olub və Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən işğal edilib. 2014-cü ildə separatçı rejim Çartara şəhər statusu verib.




Bölməyə aid digər xəbərlər