Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla Qarabağı müzakirə edib - Yenilənib
Tarix: 03-11-2020 08:15 | Bölmə: Slayd
Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla Qarabağı müzakirə edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 1 və 2 noyabr tarixlərində müvafiq olaraq Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışıqları aparıb.

Rusiya prezidentinin rəsmi saytında bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi hərtərəfli müzakirə edilib.

***

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidməti Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığı ilə bağlı məlumat yayıb.

Bildirilir ki, söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı məsələlər, döyüş bölgəsindəki vəziyyət müzakirə edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər