Deputat: “Rusiya əlini Ermənistanın üzərindən çəkən kimi bu ölkə çökəcək”
Tarix: 03-11-2020 12:44 | Bölmə: Slayd
Deputat: “Rusiya əlini Ermənistanın üzərindən çəkən kimi bu ölkə çökəcək”

“Dağlıq Qarabağ problemini dinc yolla həll etsəydik, daha yaxşı olardı. Yəni Ermənistan ağır texnikalarını işğal edilmiş ərazilərimizdən çıxarmağa razılıq versəydi, Azərbaycan da bununla razılaşardı. Bunun üçün ilk olaraq Ermənistan öz qoşunlarını ərazilərimizdən çıxarmalıdır”.

Bunu Reyting.az-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, hərbi əməliyyatlar Azərbaycan Ordusunun üstünlüyü ilə davam edir: “Eyni zamanda nəzərə alsaq ki, döyüşlər dağlıq ərazilərdə gedir, belə relyefdə müharibə aparmaq çətin olur və təbii ki, döyüşlər itkilərlə də müşayiət oluna bilər”.

R. Musabəyovun fikrincə, belə bir razılaşmanı əldə etmək üçün Rusiya Ermənistana ağıllı olmağı öyrətməlidir:

“Ermənistan rəhbəliyi bir neçə gün əvvəl Rusiya rəhbərliyinə müraciət edib ki, Ermənistanın təhlükəsizliyinə dair məsləhətləşmələr keçirilsin. Rusiya onların bu istəyini faktiki rədd edib.

İndi müharibə Azərbaycan ərazilərində gedir. Baxaq görək vəziyyət hansı istiqamət üzrə inkişaf edəcək. Aydındır ki, Rusiya əlini Ermənistanın üzərindən çəkən kimi bu ölkə çökəcək. Bu reallığı hər kəs çox gözəl bilir. Ona görə də Rusiya buyurub Ermənistana ağıllı olmağı başa salsın”.

Deputat əlavə edib ki, şəxsən o, ermənilərin ağıllı yola gələcəyinə inanmır: “Bu çətin məsələdir. Onlar elə məxluqdur ki, hər şeyi fırladacaq və çalışacaqlar ki, prosesi beynəlxalq qanunlar və haqq-ədalət çərçivəsindən çıxarıb öz xeyirlərinə yönəltsinlər. Amma bütün hallarda güclə hesablaşmalı olacaqlar. Özlərinin Azərbaycanın qarşısını almaq imkanı olmadığı halda güclə hesablaşmalıdırlar. Onlara birmənalı deyilsə ki, nə rus, nə də başqası gəlib sizin yerinizə Azərbaycana qarşı vuruşan deyil, bu zaman ağıllanarlar. Çünki Ermənistanın Azərbaycan Ordusu qarşısında durmaq imkanı yoxdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər