Ermənilər növbəti hiyləyə əl atır - Hərbi ekspert şərh edir
Tarix: 05-11-2020 12:50 | Bölmə: Slayd
Ermənilər növbəti hiyləyə əl atır - Hərbi ekspert şərh edir

“Erməni baxışına görə, Dağlıq Qarabağdakı separatçı və saxta “DQR” strukturlarının bir hissəsini Yerevana köçürmək məntiqli qərardır. Bu mənada ki, həmin qurumlar Yerevanda fəaliyyət göstərəcək. Onsuz da, on minlərlə erməni Qarabağdan Yerevana köçüb”.

Bu fikirləri Reyting.az-a hərbi ekspert Azad İsazadə Dağlıq Qarabağdakı separatçı rejimin Ermənistanda fəaliyyətə başlamasını şərh edərkən deyib.

Hərbi ekspertin sözlərinə görə, informasiya ardıcılığına baxsaq ortaya başqa nəticələr də çıxara bilərik: “Əvvəlcə məlum oldu ki, Xankəndindəki saxta qurumun “məmur” və “nazirləri” qaçır. Məncə, bu prosesin qarşısını ala bilmədikləri üçün onlara deyiblər ki, onsuzda qaçmısınız, Yerevanda müvəqqəti “hökumət məntəqəsi” qurun və görünsün ki, guya oradan prosesi idarə edirsiniz. Yəni “məmurların” qaçışı kütləvi xarakter daşıdığı üçün bunun qarşısını qadağalarla ala bilməyiblər. Buna görə də, məcbur olub deyiblər ki, Yerevanda “hökumətimizin” strukturları qurulub. Düşünürlər ki, Xankəndindən çıxsalar da, Yerevanda bir ofisdə oturub saxta mühacir struktur kimi fəaliyyətlərini davam etdirsinlər. Ehtimal edirəm ki, proseslər indi bu istiqamətdə gedir”.


A. İsazadə

A. İsazadə bildirib ki, son 30 ildə Qarabağda yaşayan ermənilərin müəyyən hissəsi yenə Qarabağda qalacaq: “Biz rəsmən elan etmişik ki, onları öz vətəndaşlarımız kimi qəbul etməyə hazırıq. Amma separatçılar tədricən Yerevana köçəçək və “müqavimət” qurumlarını yaratmağa başlayacaqlar. Şuşa-Laçın yolunun mülki erməni əhali üçün qapadılması da təsadüfi deyil. Onlar çalışacaqlar ki, dinc əhalini Qarabağda saxlasınlar, bu əhali arasında qurbanlar çox olsun və sabah bu faktlardan istifadə edərək Azərbaycana qarşı kampaniya aparsınlar. Həm də, həmin dinc əhali Yerevanda heç kimə lazım deyil. Çünki bu əhalini Yerevanda yedirtmək, içirtmək, paltarla və yaşamaq üçün yerlə təmin etmək lazımdır. Bu, Ermənistan üçün böyük problemdir. Ona görə də düşünürlər ki, Xankəndində və digər məntəqələrdə ermənilər nə qədər çox qalsa, bu, onaların təbliğatı üçün əlverişli olacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər