Düşmən bölmələrinin idarə olunmasında ciddi problemlər yaranıb
Tarix: 06-11-2020 17:19 | Bölmə: Slayd
Düşmən bölmələrinin idarə olunmasında ciddi problemlər yaranıb

Ağdərədə yerləşən Ermənistan silahlı qüvvələri 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının bölmələrinin təminatında ciddi çatışmazlıqlar yaranıb. Belə ki, bölmələrdə ərzaq, hərbi əmlak, döyüş sursatları, yanacaq sürtkü materialları çatışmır.

Bu barədə Reyting.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirlib ki, cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itki verən düşmən bu itkilərin yerini doldurmaq imkanına malik deyil.

Bundan əlavə, qeyd olunan hərbi hissələrlə komandanlıq arasında rabitə əlaqəsi kəsilib və bölmələrin idarə olunmasında da problemlər yaranıb.




Bölməyə aid digər xəbərlər