Ərdoğan Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Tarix: 08-11-2020 00:16 | Bölmə: Slayd
Ərdoğan Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Türkiyə KİV-lərinin məlumatına görə, tərəflər telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Türkiyə prezidenti vurğulayıb ki, Ermənistan öz silahlı qüvvələrini işğal edilmiş Azərbaycan torpaqlarından dərhal çıxarmalıdır.

T. Ərdoğan deyib ki, Azərbaycan əks-hücum əməliyyatını öz ərazilərində həyata keçirir.

Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistan liderləri ilə telefon təmasları barədə məlumatlandırıb.

Rusiya və Türkiyənin dövlət başçıları münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün əməkdaşlığa hazır olduqlarını təsdiqləyiblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər