Düşmənə ağır zərbə: minaatan və şəxsi heyət məhv edilib
Tarix: 09-11-2020 11:22 | Bölmə: Slayd
Düşmənə ağır zərbə: minaatan və şəxsi heyət məhv edilib

Noyabrın 8-dən 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər rayonunu Ulu Qarabəy (keçmiş Metsşen) məntəqəsindəki atəş nöqtəsində qərarlaşan minaatan heyəti Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyindən bildirilib ki, bölmələrimiz həmin atəş nöqtəsindəki minaatan və heyəti dəqiq zərbə ilə məhv edib.

Bölmələrimiz tərəfindən Tonaşen məntəqəsi yaxınlığındakı düşmənin 1 ədəd T-72 tankı və cəbhənin Xocavənd istiqamətində hərəkət edən şəxsi heyəti də sərrast atəşlə məhv edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər