Yerevanda ara qarışdı - 17 partiya Paşinyanın təcili istefasını tələb edir
Tarix: 09-11-2020 21:39 | Bölmə: Slayd
Yerevanda ara qarışdı - 17 partiya Paşinyanın təcili istefasını tələb edir

Ermənistandakı 17 müxalifət partiyası Dağlıq Qarabağdakı vəziyyətə görə Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanat yayıb.

Reyting.az
"Ria Novosi"-yə istinadla xəbər verir ki, Daşnaksütyun partiyasının saytında yerləşdirilən bəyanatda Ermənistanın mövcud  iqtidarının Qarabağ və ətraf ərazilərdə Azərbaycan Ordusunun uğurlu əməliyyatına mane ola bilməməkdə ittiham olunub: "Nəticədə çox böyük ərazi və insan itkisinə məruz qalmışıq".

Bəyanatda ölkənin daxili və xarici siyasəti pislənir, buna görə Paşinyan iqtidarı təqsirkar bilinir.

Müxaliflər Paşinyan iqtidarını bacarıqsızlıqda, o cümlədən Rusiya ilə münasibətləri düzgün qurmamaqda ittiham edir: "Bu səbəbdən geridönməz itkilərin qarşısını almaq üçün Baş nazir Paşinyan və onun hökuməti təcili olaraq könüllü iqtidardan getməlidir. Bundan sonra ölkədəki siyasi və ictimai təşkilatların iştirakı ilə təcili "keçid hökuməti" yaradılmalıdır".




Bölməyə aid digər xəbərlər