Arayik Harutyunyan: "Döyüşlər Xankəndinin yaxınlığında gedirdi, bütün Qarabağı itirə bilərdik"
Tarix: 10-11-2020 10:45 | Bölmə: Slayd
Arayik Harutyunyan: "Döyüşlər Xankəndinin yaxınlığında gedirdi, bütün Qarabağı itirə bilərdik"

Qondarma Dağlıq Qarabağ rejiminin separatçı lideri Arayik Harutyunyan döyüşlərin eyni sürətlə davam etdiriləcəyi təqdirdə, bütün Qarabağı itirə biləcəklərini etiraf edib.

Reyting.az
"Ria Novosti"-yə istinadla xəbər verir ki, o, bu barədə Feysbuk-dakı səhifəsində yazıb.

O, İlham Əliyev, Putin və Paşinyanın imzaladığı bəyanata toxunaraq, etiraf edib ki, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut bölgələrini, o cümlədən Martuni və Əsgəran bölgələrinin bir hissəsini və ən əsası, Şuşanı itiriblər: "Döyüşlər artıq Xankəndinin 2-3 kilometrliyində gedirdi. Döyüşlər eyni sürətlə davam etsəydi, bir neçə gün ərzində bütün Qarabağı itirmiş olardıq".

Onun sözlərinə görə, eyni zamanda, daha çox itki olardı, çünki döyüş əməliyyatları arxa tərəfə yayılaraq geridönməz nəticələrə səbəb olardı: "Son iki gündə İHA zərbələri daha da gücləndi. Dünən, son bir neçə saat ərzində Martuni bölgəsində böyük itkilər oldu".




Bölməyə aid digər xəbərlər