Peskov Qarabağın statusu haqqında: "Sənəddə bu yoxdur"
Tarix: 10-11-2020 13:56 | Bölmə: Slayd
Peskov Qarabağın statusu haqqında: "Sənəddə bu yoxdur"

"ABŞ və Fransa Qarabağla bağlı razılığın əldə olunmasında iştirak etmədilər".

Reyting.az
Ria Novosti-yə istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ və Fransanın Qarabağla bağlı razılaşma prosesində iştirak edib-etməmələri barədə suala cavabda deyib.

O bildirib k, bu, Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli bir razılaşmadır.

Dmitri Peskov bildirib ki, Qarabağla bağlı bəyanatda bu bölgənin statusu göstərilmir: "Bəli, bu sənəddə Qarabağın statusu haqqında məlumat verilmir, hal-hazırda beynəlxalq hüququn bütün əsas aktlarından, ilk növbədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrindən və digər sənədlərdən çıxış etməyə davam edirik".

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında atəşkəsə dair razılaşma imzalanıb.




Bölməyə aid digər xəbərlər