Putin: "Azərbaycan və Ermənistan başçılarını dəstəkləməliyik"
Tarix: 10-11-2020 16:12 | Bölmə: Slayd
Putin: "Azərbaycan və Ermənistan başçılarını dəstəkləməliyik"

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan başçıları İlham Əliyev və Nikol Paşinyanı Dağlıq Qarabağdakı münaqişənin sülh yolu ilə həlli üçün şərait yaratmaq əzmində dəstəkləməyə çağırıb.

Reyting.az
Ria Novosti-yə istinadla xəbər verir ki, o, bu barədə çağırışı Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurasının iclasındakı çıxışında səsləndirib.

Putin bildirib ki, həqiqətən də sıx düyünlə bağlanan bu cür mürəkkəb münaqişələri sülh yolu ilə həll etmək üçün güzəştlər tapmaq lazımdır: "Bu güzəştlərə çatmaq üçün çalışmaq gərəkdir. Bu da öz növbəsində qərar verənlərin cəsarətini tələb edir. Bu baxımdan, əlbəttə ki, hamımız Ermənistanın Baş naziri cənab Paşinyan və Azərbaycan Respublikasının Prezidenti cənab Əliyevi bölgədə sülh yolu ilə inkişafı üçün şərait yaratmaları və hər iki ölkənin xalqları arasında uzunmüddətli münasibətlərin qurulması üçün dəstəkləməliyik".




Bölməyə aid digər xəbərlər