Hulusi Akar: “Azərbaycanın 44 günlük hərəkatı bitsə də, bunun 44 il danışılacağına əmin olun”
Tarix: 11-11-2020 11:15 | Bölmə: Slayd
Hulusi Akar: “Azərbaycanın 44 günlük hərəkatı bitsə də, bunun 44 il danışılacağına əmin olun”

Türkiyə Müdafiə naziri Hulusi Akar bütün dostlarını və qardaşlarını həm öz adından, həm də Türkiyə Silahlı Qüvvələri, Türkiyə Müdafiə Nazirliyi adından təbrik edib.

Reyting.az
-ın məlumatına görə, Bakıya səfər edən H. Akar deyib ki, artıq bıçaq sümüyə dirənmişdi və Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün əks-hərəkata başladı: “Bu hərəkat bəlli bir nöqtəyədək gəldi və nəticə əldə olundu. Gerçəkdən də tarixi dəyəri olan, Azərbaycan və türk tarixinə qızıl hərflərlə yazılacaq uğur əldə edibsiniz. Bu, 44 günlük hərəkat bitdi, amma bunun 44 il danışılacağına əmin olun. Bu əməliyyat bir oyanışdır, burada biz Azərbaycan Ordusunun gücünü gördük. Bakıdakı qələbə sevincini gördük, ancaq unutmayın ki, eynisi Ankarada da, İstanbulda da, İzmirdə də var idi. Bu bizim qardaşlığımızın, bir millət olmamızın göstəricisi idi. Bu cür hərəkatlar, bu cür nailiyyətlərdə ən böyük uğur şəhidlər və qazilərimizə aiddir. Bu uğur üçün canını fəda edən bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Yaralılarımız var, onlara da şəfa diləyirəm”.

H. Akar deyib: “Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan! Yaşasın Azərbaycan! Yaşasın Türkiyə!”.




Bölməyə aid digər xəbərlər