Paşinyan: “Əgər müharibəni dayandırmasaydıq, minlərlə əsgərimiz mühasirəyə düşəcəkdi...”
Tarix: 11-11-2020 11:33 | Bölmə: Slayd
Paşinyan: “Əgər müharibəni dayandırmasaydıq, minlərlə əsgərimiz mühasirəyə düşəcəkdi...”

Ermənistanın Baş naziri Paşinyan Qarabağda hərbi əməliyyatları dayandıran bəyanatı imzalayıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı bəyanata Paşinyan ilk vaxtlar qol çəkməmişdi.

Ermənistanın Qarabağ döyüşlərində məğlubiyyətini rəsmiləşdirən həmin müqavilə ilə bağlı Paşinyan açıqlama verib. Deyib ki, əgər müharibəni dayandırmasaydıq, döyüşlərdə minlərlə əsgərimiz mühasirəyə düşəcəkdi və Xankəndi, Əsgəran, Xocavənd böyük ehtimalla əldən veriləcəkdi.

Paşinyan “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanı da ittiham edib. Belə ki, Paşinyan ən böyük müxalifət fraksiyasının rəhbərinin ilk günlərdən könüllülərdən ibarət hərbi birləşmə yaratdığını elan etsə də, həmin şəxslərin cəbhəyə yola düşmədiyini xatırladıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər