Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalanıb
Tarix: 11-11-2020 15:17 | Bölmə: Slayd
Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalanıb

Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalanıb.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Prezidentin sözlərinə görə, Türkiyə və Türk milləti olaraq 28 ildir ki, hər gün bu işğalın ağrısını azərbaycanlı qardaşları ilə birlikdə hiss ediblər:

"Bu dövrdə Azərbaycan Prezidenti İlham Əliyevlə demək olar ki, hər gün danışıb, bu həyəcanı birlikdə yaşayıb. Daha əvvəllər Kirpdə, 1990-cı illərə Bosniyadakı qətliamlara laqeyd qalanlar Qarabağdakı qətliamları da görməməzliyə vurublar. Biz Xocalıda və digər Qarabağ şəhərlərində qətlə yetirilən qocaların, uşaqların, qadınların acısını azərbaycanlı qardaşlarımızla birlikdə yaşadıq, birlikdə göz yaşı tökdük. Ermənistanın yenidən Azərbaycan torpaqlarına hücum etməsi ilə yenidən başlayan döyüşlərdə bütün imkanlarımız və qəlbimizlə azərbaycanlı qardaşlarımızın yanında yer alaraq, bu işğalı sona çatdıracaq prosesə töhfə verdik".

Ərdoğan bildirib ki, Qarabağın yenidən Azərbaycan yurdu halına gəlməsi ilə hamısını rəhmətlə yad etdiyimiz Məhəmməd Əmin Rəsulzadənin, Ənvər paşanın, Nuri paşanın, Zeynalabidin Tağıyevin, Hüseyn Cavidin, Əhməd Cavadın, Heydər Əliyevin ruhu şad olub: "Azərbaycanlı qardaşlarımızın sevinci sevincimiz, qürurları qürurumuzdur. Bundan sonra Azərbaycanla daha yaxın və güclü əməkdaşlığımız olacaq, ortaq gələcəyimizi birgə quracağıq”.




Bölməyə aid digər xəbərlər