Ərdoğan: “Türkiyə Qarabağda Rusiya ilə eyni anlayışla yer alacaq”
Tarix: 11-11-2020 19:07 | Bölmə: Slayd
Ərdoğan: “Türkiyə Qarabağda Rusiya ilə eyni anlayışla yer alacaq”

“Rusiya Qarabağda hansı anlayış içərisində yer alırsa, bizim müşahidə və monitorinq heyətlərimiz də orada eyni anlayışla yeri alacaq”.

Reyting.az
-ın məlumatına görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda atəşkəsə nəzarət mexanizmi ilə bağlı sualı cavablandırarkən bildirib.

Türkiyə prezidenti deyib ki, hazırda Rusiya orada bəlli nöqtələrə yerləşməyə başlayıb:

“Danışıqlar gərək xarici işlər nazirlərimiz arasında aparılsın, eyni zamanda indi Rusiyadan bura bir heyət gəlir, burada da danışıqlar aparılacaq”.(APA)




Bölməyə aid digər xəbərlər