Rusiya və Türkiyə Qarabağla bağlı memorandum imzalayıb
Tarix: 11-11-2020 23:54 | Bölmə: Slayd
Rusiya və Türkiyə Qarabağla bağlı memorandum imzalayıb

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu və Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzalayıblar.

Reyting.az
xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Rusiyanın Müdafiə nazir Sergey Şoyqu qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılıqlar və Rusiya sülhməramlılarının yeridilməsi qan tökülməsini dayandırmağa və dinc həyata qayıtmaq üçün şərait yaratmağa imkan verib.

S. Şoyqu deyib ki, Rusiya sülhməramlılarının iştirakı böhran regionunda sabitliyi təmin edəcək, qaçqınların axınını dayandıracaq, onların yaşayış yerlərinə qayıtmasına şərait yaradacaq: “Ortaq monitorinq mərkəzinin yaradılması qərarı tərəflərin döyüş əməliyyatlarının dayandırılması rejiminə riayət etməsinə etibarlı nəzarətə imkan verəcək və uzun müddət davam edən münaqişənin həlli üçün möhkəm zəmin yaradacaq”.




Bölməyə aid digər xəbərlər