Ermənistan Kəlbəcərdən çıxmaq üçün əlavə vaxt istəyib
Tarix: 15-11-2020 14:52 | Bölmə: Slayd
Ermənistan Kəlbəcərdən çıxmaq üçün əlavə vaxt istəyib

"Ermənistan işğal olunmuş ərzilərimizdən vətəndaşlarını çıxarmaq üçün əlavə vaxt istəyib".

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bugünkü brifinqdə deyib.

Onun sözlərinə görə, Kəlbəcərdən Ermənistan tərəfi orda olan insanların çıxarılmasına görə 25 noyabra qədər vaxt istəyib: “Azərbaycan tərəfi humanizmdən çıxış edərək 25 noyabra qədər Azərbaycanın işğal olunmuş ərazisi olan Kəlbəcərdən ermənilərin çıxarılması ilə bağlı qərar qəbul edilib”.

Prezidentin köməkçisi bildirib ki, ərazini tərk edən ermənilər tərəfindən mülki obyektlər yandırılır: “Bu proses çərçivəsində onlar ətraf mühitə və obyektlərə zərər vuraraq oradan çıxırlar. Bu, ekoloji terror əməllərinin də qarşısı alınmalıdır. Maddi mədəniyyə abidələrinə də zərərlər vurulur. Ağdam rayonunda da qanunsuz arxeloji qazıntılar aparırlar. Qazıntılar nəticəsində əldə olunmuş əşyaların Ermənistana aparılması ilə bağlı da faktlar vardır. Bu, beynəlxalq konvensiyaların pozulmasıdır”.




Bölməyə aid digər xəbərlər