Şuşa yaxınlığındakı ərazidən 150 erməni əsgərinin cəsədi çıxarılıb
Tarix: 16-11-2020 10:34 | Bölmə: Slayd
Şuşa yaxınlığındakı ərazidən 150 erməni əsgərinin cəsədi çıxarılıb

Şuşa şəhərinin yaxınlığındakı ərazidən 150 erməni əsgərinin cəsədi çıxarılıb. Reyting.az xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçıların başçısı Arayik Harutyunyan öz “Facebook” səhifəsində məlumat yayıb.

A. Harutyunyan qeyd edib ki, Dağlıq Qarabağın bir hissəsini və minlərlə insanın həyatını xilas etsələr də, böyük insan və ərazi itkiləri yaşayıblar: “Bunu Şuşaya yaxınlaşmaq istəyən 150 erməni hərbçisinin cəsədləri də sübut etdi".

Harutyunyana görə, yüzlərlə cəsəd hələ döyüş meydanındadır ki, bu da qurbanların yaxınları və bütün xalq üçün qeyri-müəyyənlik yaradır.

Separatçıların başçısı yazıb ki, ölənlərin və itkin düşənlərin yaxınlarına çox vaxt ayırır, onlara təsəlli verir və həlak olanların cəsədlərini birlikdə axtarırlar.

A. Harutyunyan Ermənistandakı daxili sabitliyə təhdidlərdən narahat olduğunu da qeyd edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}