Ərdoğan qanunu imzalayıb: Türkiyə ordusu Azərbaycana gəlir
Tarix: 18-11-2020 09:46 | Bölmə: Slayd
Ərdoğan qanunu imzalayıb: Türkiyə ordusu Azərbaycana gəlir

Böyük Millət Məclisinin Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qəbul etdiyi qanun Türkiyə prezidenti tərəfindən imzalanıb.

"Resmi gazete"nin məlumatında bildirilir ki, Azərbaycan Ordusu ərazi bütövlüyünün təmin edilməsi istiqamətində böyük uğur əldə edib: “Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyanata görə, Rusiya və Türkiyə arasında atəşkəsin monitorinq mərkəzinin yaradılması qərara alınıb. Türkiyə hər zaman Azəbaycanın yanında olub və bundan sonra da olmağa davam edəcək. Türkiyənin Azərbaycana verdiyi dəstək Azərbaycanın suverenliyinin qorunması üçün beynəlxalq hüquqa əsaslanır".

Qeyd edək ki, layihə parlamentin dünən keçirilən iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.

Qanuna əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Azərbaycandakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}