Politoloq: “Avropa və Rusiya Azərbaycanda siyasi gərginlik yaratmaq istəyir” - Foto
Tarix: 26-11-2020 16:44 | Bölmə: Slayd
Politoloq: “Avropa və Rusiya Azərbaycanda siyasi gərginlik yaratmaq istəyir”

“Qarabağda separatçı rejim qurmağa cəhd edən hərbi cinayətkar Arayik Harutyunyanın Moskvaya səfərindən qeyri-adi nələrsə axtarmağa ehtiyac yoxdur. Hesab edirəm ki, Rusiya Azərbaycanda mövcud olan birlikdən çox narahatdır. Bu saat Rusiyanın əksər siyasət mütəxəssisləri çalışırlar ki, Azərbaycanda xalq-prezident birliyini pozsunlar. Buna görə də, milləti qıcıqlandıra biləcək nə varsa, onu həyata keçirməyə çalışırlar”.

Bu fikirləri Reyting.az-a separatçı A. Harutyunyanın Rusiya səfərini şərh edən politoloq Cümşüd Nuriyev deyib.

Onun fikrincə, məhz bu səbəbdəndir ki, Harutyunyandan istifadə etməyə çalışırlar:

“Əslində burada başqa məqsəd də var. Diqqət etsəniz görərsiniz ki, Rusiyanın bütün telekanallarında “Dağlıq Qarabağ” terminini işlədirlər. Bunlar çalışırlar ki, bu və ya digər formada bölgəyə uzunmüddətli “siyasi bomba” qoysunlar. Həmin “bomba” da hansısa qurumun adı ilə nələrsə etməklə bağlıdır. Amma onların istəyi alınmayacaq. Rusiya əvvəlki Rusiya olmadığı kimi, elə Azərbaycan da 20 il əvvəlki Azərbaycan deyil. Ehtimal edirəm ki, onlar həm də daxili birliyi pozmağa çalışacaqlar. Arayiki də bambılı kimi ortaya atmalarında əsas məqsəd budur. Bu səfərdə başqa məqam axtarmağa dəyməz”.


C. Nuriyev

C. Nuriyev qeyd edib ki, nə Ermənistanın hərbi qüdrəti var, nə də Dağlıq Qarabağdan söhbət gedə bilməz.

Politoloqun fikrincə, Fransa Senatının Dağlıq Qarabağla bağlı qərar qəbul etməsi də gülməlidir: “Təsəvvür edin, olmayan bir qurum haqqında qərar verirlər. Öz Konstitusiyasına görə Azərbaycan unitar dövlətdir. Yəni Azərbaycanda Dağlıq Qarabağ adında hər hansı dövlət qurumu yoxdur. İndi tövsiyə edirlər, öz işləridir, bu bizim problemimiz deyil. Görünən budur ki, Avropa və Rusiya Azərbaycanda müəyyən siyasi gərginlik yaratmaq istəyir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}