“Dojd” telekanalı Füzulidən reportaj yaydı: “Burada ölülərlə vuruşublar” - Video
Tarix: 01-12-2020 00:21 | Bölmə: Slayd
“Dojd” telekanalı Füzulidən reportaj yaydı: “Burada ölülərlə vuruşublar” - Video

Rusiyanın “Dojd” telekanalı "Burada və indi" layihəsi çərçivəsində erməni işğalından azad edilmiş Azərbaycanın Füzuli şəhərinin hazırda necə göründüyünü göstərib.

Reyting.az
-ın məlumatına görə, reportajda jurnalist Vladimir Romenski bildirir ki, ətrafda tutqun mənzərə hökm sürür: hər yerdə dağıdılmış binalar, vurulmuş hərbi texnika, erməni hərbi sursatları atılıb...

Reportajda 1890-cı ildə tikilmiş və dağıdılmış Hacı Ələkbər Məscidinin kadrları var, yalnız divarı qalıb.

Sonra qəbiristanlıq görüntüləri gəlir. "Burada bir çox daşlar məhv edilib, məzarüstü abidələr isə dağıdılıb", - deyə müxbir bildirir.

Tanınmış muğam ifaçısı Ağabala Abdullayevin büst şəklində hazırlanmış qəbirüstü abidəsi yerdədir. Vandallar büstü sındırıb, qəbrin o biri tərəfinə aparıblar. "Ölülərlə mübarizə aparıblar", - reportajın qəhrəmanlarından biri deyir.(Virtualaz.org)







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}