Nazir Bakı polisinə rəis müavini təyin edib
Tarix: 02-12-2020 11:02 | Bölmə: Slayd
Nazir Bakı polisinə rəis müavini təyin edib

Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə yeni müavin təyin edilib.

Reyting.az
-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Vüqar Ələkbərov Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini təyin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təyinatı APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni Teymur Hacıyev tuturdu. Bir neçə gün əvvəl polis general-mayoru Teymur Hacıyev vəzifəsindən azad edilərək Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}