16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Politoloq: “Moskva Paşinyanı rədd etdi, onu Vanesyan əvəzləyəcək”
Tarix: 02-12-2020 12:29 | Bölmə: Slayd
Politoloq: “Moskva Paşinyanı rədd etdi, onu Vanesyan əvəzləyəcək”

“Ermənistan Baş naziri Nikol Paşinyanın Moskva səfərinin təxirə salınması təsadüfi sayıla bilməz. Əlbəttə, Nikol Paşinyan arzu edir ki, Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul edilsin. Paşinyan Putinin qarşısına yıxılmağa və ona yalvarmağa çalışırdı ki, hakimiyyətdə qalmasına imkan verilsin. Amma gördüyünüz kimi, Kreml Paşinyanı qəbul etmədi. Bu o deməkdir ki, Rusiyanın Paşinyanı hakimiyyətdə saxlamaq niyyəti yoxdur. Odur ki, Paşinyanla birbaşa təmasdan faktiki qaçırlar. Başqa variant yoxdur”.

Bu fikirləri Reyting.az-a politoloq Rüstəm Məmmədov Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya gözlənilən və son anda təxirə düşən səfəri haqqında danışarkən deyib.


R. Məmmədov

Politoloqun iddia edir ki, N. Paşinyanın hakimiyyətdə sayılı günləri qalıb. Onun fikrincə, erməni xalqı N. Paşinyandan narazıdır və ona qarşı ciddi tələblər qoyur: “Demək olar ki, Yerevanda hər gün Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir. Üstəlik, bu etirazları qızışdıran qüvvələr də var. O cümlədən Ermənistanın xüsusi xidmət orqanının sabiq rəhbəri Artur Vanesyan və digələri. Bu proses nəticəsində Paşinyan hakimiyyətdən getməlidir. Başqa seçim yoxdur”.

Müharibəni uduzub hakimiyyətdə qalmağın mümkün olmadığına diqqət çəkən R. Məmmədovun firkincə, Ermənistanda hakimiyyətə Rusiyanın adamı gələcək: “Mənə elə gəlir ki, indi Ermənistanda hakimiyyətə gələcək ən real fiqur Artur Vanesyandır. Nəzərə almaq lazımdır ki, bu şəxs Ermənistan xüsusi xidmətinin keçmiş rəhbəridir. Üstəlik, Rusiya “KQB” məktəbinin nümayəndəsidir, Rusiya ilə ciddi bağlantıları var. Paşinyanla müqayisədə Vanesyan az-çox dövlət baçısına oxşayır. Mənim proqnozuma görə, Yerevanda Paşinyanı Vanesyan əvəzləyəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}