Ruslar Qarabağda yeni şəhərciklər tikir - Fotolar
Tarix: 14-01-2021 11:15 | Bölmə: Slayd
Ruslar Qarabağda yeni şəhərciklər tikir

Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağdakı maddi-texniki təminat üzrə mütəxəssisləri sülhməramlı kontingentin 400-ə qədər hərbi qulluqçusunun yerləşdiyi Xankəndi və Qarakənddə üç blok-modul tipli şəhərcik salıb.

Reyting.az
xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin açıqladığı informasiyada hazırda ümumi gücü 540 nəfərdən çox olan daha 5 blok-modul şəhərcik salınacaq.

Qeyd edilir ki, bununla yanaşı müşahidə məntəqələrində xidmətin təşkilini təmin etmək məqsədilə gündəlik ehtiyacların ödənilməsi, sülhməramlıların şəxsi heyətinin fiziki hazırlığı və istirahəti, hərbi qulluqçular üçün müasir yaşayış şəraiti yaradılıb.
Blok-modul şəhərciklərin ərazisində süni örtüklü idman zalı, hamam, tibb mərkəzi tikilib, paltartəmizləyən otaq, anbar və yeməkxana ilə təmin ediliblər.

Bu arada bəlli olub ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mütəxəssisləri Xankəndi şəhərindəki saxta qurumun “Şəhərsalma Nazirliyinin” nümayəndələri ilə birlikdə mənzil fondunu və sosial infrastrukturu yoxlamaqda davam edirlər.

Bu barədə Rusiya FHN məlumat yayıb. Bildirilir ki, Rusiyadan humanitar yardım kimi gətirilən inşaat materiallarından istifadə etməklə 300-dən çox obyekt bərpa edilib, daha 450-dən çox obyektdə iş görüləcək. Bunların əksəriyyəti şəxsi evlərdir. Bu prosesə 90-dan çox yerli tikinti təşkilatı da cəlb edilib ki, bunun da 50-dən çoxu Xankəndi şəhərində olanlardır.







Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}