Ərdoğanı devirib “Dişi qurdu” hakimiyyətə gətirmək istəyiblər - Sensasiyalı iddia
Tarix: 24-02-2021 14:05 | Bölmə: Slayd
Ərdoğanı devirib “Dişi qurdu” hakimiyyətə gətirmək istəyiblər

2016-cı ildə ABŞ prezidenti Barak Obama administrasiyasının Ərdoğan hökumətini yıxaraq “Dişi qurdu" (Məral Akşenər nəzərdə tutulur-Red.) hakimiyyətə gətirmək planı var idi.

Reyting.az
bildirir ki, belə iddia ilə yunan türkoloq Dmitris Kitsikis çıxış edib.


D. Kitsikis

1970-ci ildən Kanadanın Ottava Universitetində araşdırmalar aparan Kitsikis bildirib ki, bu gün Dövlət Baxçalı ilə Rəcəb Təyyib Ərdoğan ölkənin müstəqilliyini qorumaq üçün ittifaq qurublar.

“Niyyət qərbin qarşısında azadlıq və suverenlik qazanmaqdır. Ərdoğan - xoşunuza gəlib-gəlməməsindən asılı olmayaraq böyük liderdir. Türkiyəni qərbin tərəfsizliyindən xilas etdi. Məsələn, Misir lideri Nasir tərəfsizlik siyasəti tətbiq etməyə çalışdı, amma bacarmadı. Ümid edirəm ki, Ərdoğan uğurlu olacaq”,- yunan alim deyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}