ATƏT sədri Azərbaycan XİN rəhbəri ilə sərhəddəki gərginliyi müzakirə edib
Tarix: 13-05-2021 21:18 | Bölmə: Gündəm
ATƏT sədri Azərbaycan XİN rəhbəri ilə sərhəddəki gərginliyi müzakirə edib

Bu gün xarici işlər naziri Ceyhun Bayramovun İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə telefon danışığı baş tutub.

Reyting.az
XİN-ə istinadla xəbər verir ki, tərəflər Azərbaycan və Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı fikir mübadiləsi aparıblar. Üçtərəfli bəyanatlara riayət olunmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan və Ermənistan sərhədindəki son vəziyyətlə bağlı Ermənistanın xarici işlər naziri ilə də telefonla danışıb. Bu barədə Ann Linde özünün tvitter səhifəsində yazıb.

“Azərbaycandan olan həmkarım Ceyhun Bayramov və Ermənistandan olan həmkarım Ara Ayvazyanla Azərbaycan və Ermənistan sərhədindəki son vəziyyətlə bağlı telefonla danışdım. ATƏT sədrliyi və şəxsi nümayəndəm vəziyyəti yaxından izləyir”-deyə o, bildirib.

Onu da qeyd edək ki, bu gün sərhəddin Gorus istiqamətində baş verən gərginliklə bağlı Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla telefonda fikir mübadiləsi aparıb.

Müzakirələrdə tərəflər atəşkəs rejiminə ciddi riayət olunmasının zəruriliyi təsdiqləyiblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}