Üç prezidentin, on ölkənin baş nazirinin və bir kralın telefonları dinlənilib - Sensasiya
Tarix: 21-07-2021 12:32 | Bölmə: Slayd
Üç prezidentin, on ölkənin baş nazirinin və bir kralın telefonları dinlənilib

14 dövlət və hökumət başçısının telefonları “Pegasus” casus proqramının qurbanı olub. “Vaşinqton Post” qəzetinin yazdığına görə yüzlərlə siyasətçi və dövlət məmuru İsrailin NSO qrupu tərəfindən hazırlanmış casus proqramının hədəfinə çevrilib. Bunların arasında: üç prezident, on baş nazir və bir kral da var.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, dinlənilən prezidentlər Fransa dövlət başçısı Emmanuel Makron, İraq prezidenti Bəhrəm Salih və Cənubi Afrika lideri Kiril Ramafosadır.

Eyni zamanda Pakistanın Baş naziri İmran Xanı, Misirin Baş naziri Mustafa Madbulini və Marokko Baş naziri Saad-Edin El Osmanı da dinləyiblər.

İddiaya görə, hakimiyyətdə olduqları dövrdə daha yeddi Baş nazir bu proqram vasitəsilə qanunsuz dinlənilib. Bunlar Yəmənin Baş naziri Əhməd Obeid bin Daqr, Livanın Baş naziri Saad Həriri, Uqandanın Baş naziri Ruhakana Ruqunda, Fransanın Baş naziri Edvard Filipp, Qazaxıstanın Baş naziri Bakitxan Qaqintayev, Əlcəzairin Baş naziri Nurəddin Bedoui, Belçikanın Baş naziri Çarles Mişeldir.

Marokko Kralı Məhəmməd də dinlənilən şəxslər arasında olub.

“Vaşinqton Post”un iddiasına görə, 34 ölkədən 600-dən çox dövlət məmuru və siyasətçinin telefonları dinlənilib. Bunlar Əfqanıstan, Bəhreyn, Butan, Çin, Konqo, Misir, Macarıstan, Hindistan, İran, Qazaxıstan, Küveyt, Mali, Meksika, Nepal, Qətər, Ruanda, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb dövlətlərindəki rəsmi şəxslərdir. ABŞ və Böyk Britaniya da bu siyahıya daxildir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}