22:59 / 17-06-2025
İranın keçmiş prezidenti Tehranda öldürülüb - (Yenilənib)
22:42 / 17-06-2025
Hacıqabulda 30 yaşlı şəxs bıçaqlanıb
22:15 / 17-06-2025
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
21:50 / 17-06-2025
İsazadə: İrandakı rejimin dəyişməsinə yalnız daxili proseslər təsir göstərə bilər
18:48 / 17-06-2025
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
18:34 / 17-06-2025
XİN sözçüsü: "Qaynar xətlərə daxil olan müraciətlərə gündəlik baxılır"
18:00 / 17-06-2025
Natiq Cəfərli: "İran daxilində daha maraqlı proseslərin şahidi olacağıq”
17:48 / 17-06-2025
“Tiktok”da vətəndaşları aldadan şəxs saxlanılıb
17:42 / 17-06-2025
İrandakı rejimi dəyişirlər?
17:17 / 17-06-2025
Dörd şəhər psixopatlar üçün daha əlverişlidir
17:09 / 17-06-2025
Avropa Liqası: "Sabah"ın rəqibi bəlli olub
16:37 / 17-06-2025
Ukrayna daha 428 hava hədəfini zərərsizləşdirib
16:32 / 17-06-2025
Ölkəmizdə dörd gün ardıcıl iş olmayacaq
16:19 / 17-06-2025
Partiya sədri azadlığa buraxılıb
16:19 / 17-06-2025
İran internetə qoşulan cihazlardan istifadəni qadağan edib
16:09 / 17-06-2025
Kamran Əliyev iki rayona prokuror təyin edib
16:03 / 17-06-2025
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
15:22 / 17-06-2025
Paşinyan iyunun 20-də Türkiyəyə səfər edəcək
14:57 / 17-06-2025
Katz Xamnəini hədələyir: “Axırın Səddamın axırı kimi olacaq”
14:47 / 17-06-2025
İlham Əliyevin Türkiyəyə səfəri gözlənilir
14:46 / 17-06-2025
İran nüvə silahı əldə edib? - ABŞ kəşfiyyatı son məlumatını paylaşıb - Foto
14:36 / 17-06-2025
"Əmək pensiyaları haqqında” qanun dəyişib
14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
14:15 / 17-06-2025
Rusiya bütün təyyarələrini əsas aviabazadan çıxarıb
13:55 / 17-06-2025
Qazaxıstan və Azərbaycan Xəzərdə birgə hərbi təlimə başlayıb
13:51 / 17-06-2025
İlham Əliyev daha bir qanuna dəyişikliyi təsdiqləyib
13:48 / 17-06-2025
Çinin 40-a yaxın vətəndaşı Azərbaycan vasitəsilə İrandan təxliyə olunub
13:26 / 17-06-2025
Professor: İranı beş yerə bölmək istəyirlər
13:01 / 17-06-2025
AYNA-nın tenderi ləğv olunub
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
08:07 / 14-06-2025

11:37 / 16-06-2025

07:23 / 13-06-2025

17:06 / 13-06-2025

18:49 / 13-06-2025

17:43 / 13-06-2025

08:47 / 16-06-2025

09:27 / 13-06-2025

08:51 / 14-06-2025

11:06 / 16-06-2025

16:50 / 13-06-2025

10:02 / 13-06-2025

Vüqar Səfərlinin cinayət işi üzrə sensasiyalı ifadə yayılıb
Tarix: 21-08-2021 23:56 | Bölmə: Slayd

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun həbsdəki icraçı direktoru Vüqar Səfərli və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Reyting.az-ın məlumatına görə, iş üzrə üzə çıxan məlumatlar onu deməyə əsas verir ki, Fondun fəaliyyəti ilə bağlı daha bir cinayət işi üçün materiallar hazırdır. Məhkəmə qarşısında 2009-cu ildə Fond yaranandan ona rəhbərlik etmiş Vüqar Səfərli ilə yanaşı, daha 10 nəfər dayanıb. Onların arasında Bibiheybət qəsəbəsində jurnalistlər üçün binanı inşa etmiş "Portos" MMC-nin direktoru Nadir Məmmədov, həmin binaların keçmiş komendantı Bünyamin İsmayılov, Fondun mühasibi olmuş Təhminə Yaqubova, “Altun” restoranının direktor müavini Təmkin Xəlilov, bu restoranın inzibatçısı Şahin İbrahimov, “Xəmsə” restoranının icarədarı Bəxtiyar Fətullayev və Valeh Orucov da var.
Vüqar Səfərli ilə bu tikinti maxinasiyasında iştirak edən “Verso-M” tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı Mehrac Babayev və digərləri kimlərinsə əli ilə cəzadan kənar saxlanılır. Hamı bilir ki, jurnalistlərin binasını qeyri-rəsmi olaraq Mehrac Babayev tikib. Vüqar Səfərli Mehrac Babayevi Fonda işçi kimi “oformit” eləyib, ona hər ay yüksək maaş da yazılıb. Amma bu gün cinayət işi üzrə təqsirləndirilən şəxslər sırasında Mehrac Babayevin adına rast gəlinmir.
Yeri gəlmişkən qeyd edək ki, təqsirləndirilən şəxslərdən Vüqar Səfərli və Nadir Məmmədov həbsdədir, digər şəxslər barəsində ibtidai istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib. İttihama görə, Vüqar Səfərli digər təqsirləndirilən şəxslərlə əlbir olub, 18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, bundan əlavə, cinayət yolu ilə əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur. İddiaya görə, Fondun həyata keçirdiyi bir sıra layihələrin icrası üçün tender yolu ilə şirkətlər seçilməli olduğu halda, qanunvericiliyin bu tələbinə əməl edilməyib. Tenderlər formal xarakter daşıyıb, jurnalistlər üçün binaların inşaası zamanı tikinti normalarına əməl edilməyib, sənədlərdə işin həcmi, qiymətlər şişirdilib.
Restoranların icarədarları və inzibatçılarının cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbinə gəlincə, Fondunun bir çox bayramlarda tədbirləri, mükafatlandırma mərasimləri bu restoranlarda keçirilib. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırmalarda ortaya çıxıb ki, həmin tədbirlərdə sənədləşmə zamanı qonaqların sayı gerçəkdə olduğundan çox göstərilib, menyunun qiyməti şişirdilib. Azpolitika.info yazıb ki, Vüqar Səfərli istintaqa qısa ifadə verib. O, irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilməyib.
“Press Klub”un araşdırması zamanı isə məlum olub ki, cinayət işinin materiallarında prezidentin keçmiş köməkçisi, uzun illər Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik etmiş Əli Həsənovun əleyhinə də xeyli ifadə var. 2014-2020-ci illərdə Fondun aparıcı məsləhətçisi vəzifəsində işləmiş Samir Mustafayev prokurorluqda dindirilərkən bildirib ki, bütün maliyyə işləri Vüqar Səfərli və Təhminə Yaqubova arasında aparılırdı, buna nəzarəti isə Əli Həsənov həyata keçirirdi.
Samir Mustafayev həm də Fondda Tender Komissiyasının üzvlərindən biri olub. Amma ifadəsində söyləyib ki, tender keçirilmirdi, layihələrin hansı şirkətə həvalə olunacağını Əli Həsənov müəyyənləşdirirdi. Ondan sonra formal olaraq sənədlər hazırlanır, özü də daxil olmaqla Tender Komissiyasının üzvlərinə həmin şirkətin seçilməsi barədə imza atdırılırdı.
Media nümayəndələri üçün Bibiheybətdə inşa olunan ilk 2 binanın tikintisində podratçı "Portos" MMC olub, direktoru da hazırda Vüqar Səfərli ilə birlikdə həbsdədir. Samir Mustafayev ifadəsində deyib ki, bu MMC Əli Həsənova yaxın şirkətdir və məhz onun göstərişi ilə jurnalist binalarının tikintisi “Portos”a tapşırılıb. Samir Mustafayevin dediyinə görə, təkcə bina tikintisi kimi bir neçə milyonluq layihələr yox, hətta jurnalistlərin xarici səfərləri, ziyafətlərin keçirilməsi, inventarların hansı müəssisədən alınması kimi məsələlərə də Əli Həsənov qərar verib:
“Tenderin qalibini qeyri-rəsmi Əli Həsənov müəyyənləşdirir, yekun sənəd hazırlanıb, Tender Komissiyasının üzvlərinə imza atdırılırdı”.
O, restoranlarda ziyafətlərin keçirilməsi barədə də ətraflı ifadə verib. Samir Mustafayev bildirib ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ənənəvi olaraq hər il 3 dəfə - Novruz bayramı, Milli Mətbuat Günü və Yeni il münasibətilə restoranlarda ziyafət təşkil edir, orada mükafatlandırma mərasimləri olurdu. Onun sözlərinə görə, bu ziyafətlərdə qonaqların sayı heç vaxt 250-ni keçməsə də, hər dəfə 400-450 nəfərlik vəsait ayrılırdı:
“Son 2 ildə sənədlərdə tədbirlər üçün hər il 800 ləvazimat çantası alındığı rəsmiləşdirilmişdi. Lakin həmin ləvazimatlar faktiki alınmamışdı”.
Tender Komissiyasında baş mühasib Təhminə Yaqubova, Fondun hüquqşünası Elşad Tağıyev, Ramin Kərimli və Mirsəid Ağayev də təmsil olunub. Vüqar Səfərli və daha 10 nəfərin işi üzrə məhkəmənin hazırlıq iclasında keçmiş Fond rəhbərinin vəkili məsələ qaldırıb ki, onun özü ilə yanaşı, oğlunun bankdakı hesabının da üzərinə həbs qoyulub, heç bir əməliyyat həyata keçirə bilmir. Cinayət işinin materiallarından məlum olur ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin vəsatəti əsasında Binəqədi rayon Məhkəməsinin qərarı ilə təkcə “Rabitəbank”da Səfərli ailəsinin 850 min manat pulunun üzərinə həbs qoyulub. Vüqar Səfərlinin hesabında 300 min, oğlu Seymur Səfərlinin isə 550 min manat vəsait olub. Bundan başqa, Vüqar Səfərlinin “Mersedes Benz ML 350", ”Volkswagen Tuareg" və “Toyota Land Cruiser” markalı 3 avtomobilinin, Bakıda və bölgələrdə yerləşən ev, torpaq sahələrinin, mağazasının da üzərinə həbs qoyulub. Bu əmlaklar arasında onun həyat yoldaşı və ya oğlunun adına olanlar da var. Əgər məhkəmə sonda Vüqar Səfərlinin təqsirli olması nəticəsinə gələrsə və müəyyənləşdirilmiş ziyan o vaxta qədər ödənilməsə, üzərində həbs olan əmlaklar məhkəmənin qərarı ilə müsadirə edilə bilər.
Vüqar Səfərlinin yaxınları istintaq dövründə 200 min manat ödəyib. Digər təqsirləndirilən şəxslərdən də dəymiş zərəri ödəyənlər var. Məsələn, təqsirləndirilən Ədalət Vəliyev 1 milyon manat ödəyib. İş üzrə zərərçəkmiş qismində Medianın İnkişafı Agentliyi tanınıb.
Mümkündür ki, bu məhkəmənin gedişi və nəticəsindən asılı olaraq KİVDF şəbəkəsinə aid daha bir cinayət işi araşdırılaraq məhkəməyə göndərilsin. Həmin cinayət işində daha böyük yeyinti hallarından bəhs olunacağı da istisna deyil. Həmin iş üzrə fiqurantlardan biri Mehrac Babayev ola bilər.(Müsavat)
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
Bu gün, 17:42
İrandakı rejimi dəyişirlər?
Bu gün, 14:15
Rusiya bütün təyyarələrini əsas aviabazadan çıxarıb
Bu gün, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
Bu gün, 11:50
İlham Əliyev Assambleya sədrini qəbul edib - Fotolar
Bu gün, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
Bu gün, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
Bu gün, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
Dünən, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
Dünən, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
Dünən, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib